Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Avro dollar qarşısında dəyərdən düşür

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avro dollar qarşısında dəyərdən düşür
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Cümə axşamı günü açıqlanan Fransa PMI göstəricisinin proqnozdan aşağı olmasından sonra Avronun Dollar qarşısında ucuzlaşması sürətlənib. Məzənnə, Avropa Mərkəzi Bankının (AMB) toplantısından sonra da düşməkdə davam edib. 

 
"Marja" xəbər verir ki, "IHS Markit"in açıqladığı Fransada satınalma menecerləri (PMI) indeksi Yanvar ayında 47.9 səviyyəsində olub. Bu proqnozdan (51) aşağıdır. 50-dən aşağı səviyyələr  tənəzzülə işarə edir. Məlumat, Dekabrda 48.7 idi.
 
Bakı vaxtı ilə saat 17:50-də, Avro/dollar məzənnəsi 0,6% mənfidə,1.1319 səviyyəsində olub (Avro ucuzlaşır, Dollar bahalaşır. 1 Avro 1.1319 dollara düşüb).

Reklam_3_11

 

 Avro, bu həftə dollar qarşısında təxminən 0.15 faiz ucuzlaşıb.

 

Avropa Mərkəzi Bankı  (AMB) 2019-un ilk iclasında gözlənildiyi kimi, faiz nisbətlərində dəyişikliyə getməyib. Bank pul siyasəti faizini sıfırda, depozit faizini mənfi 0.40%-də və marginal maliyyələşmə faizini də 0.25%-də saxlayıb. AMB, ən azı yay ayına qədər faizlərin bu səviyyələrdə qalacağını təkrarlayıb.

24.01.2019 14:50

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ