Dolların banklarda ucuzlaşması, hərracda isə bahalaşması çaşqınlıq yaradıb
Bu gün Mərkəzi Bankda keçirilmiş valyuta hərracının nəticəsi ictimaiyyətə məlum olmamışdan əvvəl banklarda Dolların satış qiymətinin aşağı düşməsi müşahidə olundu.
“Marja” xəbər verir ki, banklarda Dolların satış qiymətləri 1.82-1.83 manat səviyyələrindən 1.78-1.80 manat səviyyələrinə gerilədi. Çoxları bu ucuzlaşmanı hərracda da Dolların düşə biləcəyinə işarə kimi qəbul etdi və əlində olan Dolları satdılar.
Saat 13:00 radələrində məlum oldu ki, banklarda Dolların satış qiymətinin düşməsinə baxmayaraq hərracda Dollar bahalaşıb. Belə ki, hərracda manatın orta çəkili məzənnəsi 1,7514 səviyyəsində formalaşmışdır ki, bu da bu günə olan rəsmi məzənnə ilə müqayisədə (1.7475) yüksəkdir.
"BU SPEKULYASİYADIR"
Banklarda Dolların düşməsi, hərracda isə qalxması çoxlarını çaş-baş salıb. Təcrübəli valyuta ticarətçiləri bildirirlər ki, hərracdan öncə bir sıra bankların Dolları ucuzlaşdırması spekulyasiyadır. Bir sıra banklar satış qiymətini aşağı salaraq bazara Dolların daha da ucuzlaşacağı mesajını ötürürlər. Dollarını daha baha qiymətə satmaq istəyənlər də bu “tələyə” düşərək əllərində olan Dolları banklara satırlar. Banklar 1.75 manat civarından aldıqları Dolları 1.80 manat səviyyəsindən rahat sata bilirlər.
Banklar isə Dolların satış qiymətinin aşağı düşməsini tələbin az olması ilə izah edirlər. Hərracda tələbin təklifdən çox olması bu izahı inandırıcı etmir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 saat əvvəl
ABŞ iqtisadiyyatı birinci rübdə proqnozdan aşağı böyüyüb - BAZARLARDA NARAHATLIQ ARTIB
-
3 saat əvvəl
Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan İntel zərər açıqlayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
-
3 saat əvvəl
BOKT “Falcon Finance” böyüyüb, xalis mənfəəti 15 dəfəyə yaxın artıb
- 13 saat əvvəl
-
13 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 13 saat əvvəl
-
14 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
14 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 14 saat əvvəl