Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

“Qala Sığorta” şirkəti 2018-ci ili uğurla başa vurub - HESABAT

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Qala Sığorta” şirkəti 2018-ci ili uğurla başa vurub - HESABAT

(®) Azərbaycan sığorta bazarının aparıcı şirkətlərindən olan “Qala Sığorta” 2018-ci ilin yekunları ilə bağlı əsas maliyyə göstəricilərini açıqlayıb.

 

Reklam_3_11

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən "Marja"ya verilən məlumata görə, operativ məlumatlar əsasında hazırlanmış hesabata əsasən ötən il ərzində “Qala Sığorta” şirkəti tərəfindən 16 557 412 manat həcmində sığorta haqqı toplanılıb ki, bu da 2017-ci illə müqayisədə 5 646 068 manat və ya 51,7% çox olub.

 

Hesabat dövründə yığımlarla yanaşı ödənişlərdə də kəskin artım müşahidə olunub. Belə ki, 2018-ci il ərzində şirkət tərəfindən müxtəlif sığorta hadisələri üzrə 1 929 667 manat sığorta ödənişi verilib. 2017-ci ilin yekununda isə bu göstərici 423 725 manat olub. Nəticədə, illik müqayisədə sığorta ödənişlərinin həcmi 1 505 941 manat və ya 4,6 dəfə artım olub.

 

Qeyd edək ki, verilən sığorta ödənişləri müvafiq qanunvericiliyin tələbinə uyğun olaraq operativ və vaxtında həyata keçirilib. Ümumiyyətlə, göstərilən xidmətlərdə şirkətin biznes strategiyasına əsaslanan müştəri məmnuniyyəti meyarı hər zaman yüksək dəyərləndirilərək pririotet hədəflər sırasında yer alır.   

 

Xatırladaq ki, bazarda geniş çeşidli məhsulları ilə tanınan “Qala Sığorta” şirkəti 20 illik fəaliyyət tarixinə malikdir. Şirkət rebrendiq edərək 2015-ci ildən “Qala Sığorta” brendi altında yeni strategiya ilə fəaliyyətə başlayıb. Şirkətin yeganə səhmdarı “AzRe Təkrarsığorta” ASC-dir.

 

Şirkət müştərilərinə baş ofis, 1 filial və 9 regional nümayəndəlik vasitəsi ilə qanunvericiliklə nəzərdə tutulan qeyri-həyat sığorta sahəsinin 23 növü üzrə, o cümlədən 19 könüllü və 4 icbari sığorta məhsulları üzrə xidmətlər göstərir.

28.01.2019 13:24

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ