Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Yapı Kredi Bank Azərbaycan”dan 5 milyon manatdan çox mənfəət - GÖSTƏRİCİLƏRİNİ AÇIQLADI

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Yapı Kredi Bank Azərbaycan”dan 5 milyon manatdan çox mənfəət - GÖSTƏRİCİLƏRİNİ AÇIQLADI

Avropanın 17 ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvü “Yapı Kredi Bank Azərbaycan” QSC 2018-ci ili uğurla başa vurub. QSC-dən "marja"ya daxil olmuş məlumata görə, Bank 2018-ci ili 5,3 milyon manat mənfəətlə başa vurmuşdur.

 

Bankın 2018-ci ilin sonuna dair açıqladığı hesabatlarda "Yapı Kredi Bank Azərbaycan"ın kifayət qədər güclü maliyyə dayanıqlılığını görmək mümkündür. Belə ki, bank digər maliyyə institutları qarşısında öhdəliklərini tam olaraq bağlamış, bu səbəbdən də 2017-ci ilin sonu ilə müqayisədə 2018-ci ilin sonunda bankın faiz xərcləri əhəmiyyətli dərəcədə, 38,7 % azalmışdır.

 

Bu isə bankın xalis faiz gəlirlərinin eyni dövrlə müqayisədə 13,5 % artaraq 30,3 milyon AZN olmasına gətirib çıxarmışdır.

 

"Yapı Kredi" dünyanın 17 ölkəsində olan təcrübəsini Azərbaycanda bankçılığın inkişafı üçün də əsirgəməmiş və bunun nəticəsində də müştərilərinin etimadını qazanmışdır. Belə ki, banka güvənən, pullarını əmanət edən fiziki və hüquqi şəxslərin əmanətlərinə nəzər yetirdikdə bu rəqəmin 2017-ci ilin sonu ilə müqayisədə 2018-ci ildə artdığını müşahidə edirik. Fiziki və hüququ şəxslərin müddətli və tələbli depozitləri müvafiq olaraq 3,6 % və 16,2% artım göstərmişdir.

 

Yapı Kredi Bank Azərbaycan ölkədə qeyri-neft sektorunun inkişafı üçün real sektora yatırımlar etmiş, kredit portfelini 19,2 % artıraraq 174 milyon AZN çatdırmışdır.

 

Bankın kapital göstəriciləri də kifayət qədər ürək açandır. Ötən ilin eyni dövrü ilə müqayisədə 2018-ci ilin sonunda bankın I dərəcəli kapitalı 20% artaraq 61,2 milyon AZN, məcmu kapitalı isə 9,6% artaraq 70,2 milyon AZN olmuşdur.

 

Qeyd edək ki, Yapı Kredi Bank Azərbaycan dünyanın 17 ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvüdür. Ana səhmdarı UniCredit (İtalya) və Koç Holding (Türkiyə) olan bank, Azərbaycanda bankçılıq sektorunda beynəlxalq təcrübə ilə Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi və İnternet/Mobil Bankçılıq xidmətləri ilə xidmət verməkdədir.

28.01.2019 14:28

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ