“Kristal Abşeron” daxili ipoteka kreditinin müddətini artırdı
“Kristal Abşeron” Mənzil-Tikinti Kooperativi (MTK) inşa etdiyi bəzi yaşayış binalarındakı mənzillərin satışı üzrə daxili ipoteka kreditinin maksimal müddətini 2 il artırıb.
Bu barədə şirkətdən bildirilib.
Məlumata görə, söhbət Bakının Suraxanı rayonunda (Yeni Günəşli qəsəbəsində), eləcə də Xırdalan və Sumqayıt şəhərlərində inşa edilən binalardan gedir. İndi bu binalardan mənzilləri maksimum 3 il deyil, 5 il müddətinə daxili ipoteka kreditləşməsi hesabına əldə etmək mümkündür. İlkin ödəniş 30%, kreditin effektiv illik faiz dərəcəsi isə 10% təşkil edir.
Xatırladaq ki, “Kristal Abşeron” MTK 2008-ci ildən fəaliyyət göstərir. Şirkətin Bakı, Abşeron və Sumqayıtda mənzil tikintisi ilə bağlı 18 layihəsi var. Bunlardan 5-i tamamlanıb.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 saat əvvəl
-
5 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 6 saat əvvəl
-
6 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
6 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
6 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
7 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 7 saat əvvəl