Azərbaycanda ötən il 15 nəfər gömrük orqanlarından xaric edilib
2018-ci ildə Azərbaycan gömrük sistemində aparılan struktur dəyişiklikləri ilə əlaqədar kadr potensialından səmərəli şəkildə və uyğun olan sahədə istifadə olunması işi həyata keçirilib.
Bunu Dövlət Gömrük Komitəsi sədrinin I müavini İsmayıl Hüseynov bu gün gömrük əməkdaşlarının peşə bayramı münasibəti ilə bağlı keçirilən kollegiya iclasında komitənin 2018-ci ilin yekunlarına dair çıxışında bildirib.
Onun sözlərinə görə, il ərzində 382 nəfər işə qəbul edilib, 445 nəfər əməkdaş işdən azad edilib, 417 nəfər tutduğu vəzifədən yüksək vəzifəyə təyin edilib, 58 nəfər isə tutduğu vəzifədən aşağı vəzifəyə keçirilib: “Eyni zamanda bildirmək istərdim ki aparılan və kadr islahatlarının davamı olaraq DGK sistemində kadrların düzgün seçilməsi, yerləşdirilməsi, vəzifəli şəxslərin tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyinin müəyyənləşdirilməsi, onların potensial imkanlardan istifadə etmək mümkünlüyünün aşkara çıxardırlması və peşə səriştəliyinin artırılmasının stimullaşdırılması məqsədilə muvafiq qanunvericiliyə uygun olaraq 1 446 əməkdaşın komitə sədrinin müvafiq sərəncamı ilə attestasiyası keçirilib”
İ. Hüseynov bildirib ki, hesabat dövründə gömrük orqanlarına xidmətə qədul üçün müraciətlər əsasında təşkil olunmuş test imtahanlarında 1342 nəfər iştirak edib, təsdiq olunmuş qaydalara uyğun olaraq, 294 nəfər daha yüksək bal toplayanlar növbəti müsabiqə mərhələsinə buraxılıb, müsabiqədən keçənlər aidiyyəti üzrə vakant vəzifələrə təyin olunub: “Gömrük orqanı əməkdaşlarının fəaliyyətində müvafiq qanunvericiliyin tələblərinə əməl edilməsi, xidməti intizama riayət olunması üzərində nəzarətin təmin edilməsi, pozuntu hallarının vaxtında aşkar olunub aradan qaldırılması sahəsində konkret tədbirlər həyata keçirilmişdir. Komitəyə daxil olmuş müraciətlər, audit yoxlamaların nəticələri və vətəndaşların qəbulu zamanı qaldırılan məsələlərə dair xidməti araşdırmalar aparılmış, araşdırmalar zamanı aşkar edilmiş xidməti pozuntulara yol verdiklərinə görə 316 gömrük orqanı əməkdaşı intizam məsuliyyətinə cəlb edilib. Bunlardan 15 nəfər gömrük orqanlarından xaric edilib, 5 nəfər tutduğu vəzifədən azad edilib, 6 nəfər aşağı vəzifəyə keçirilib, 5 nəfərin xüsusi rütbəsi bir pillə aşağı salınıb, 68 nəfərə sonuncu xəbərdarlıqla şiddətli töhmət, 171 nəfərə töhmət elan edilib, 46 nəfərə irad tutulub”.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 d. əvvəl
"Əlavə sərmayə qoyuruq, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
7 d. əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 11 d. əvvəl
- 18 d. əvvəl
-
31 d. əvvəl
Azərbaycan İnvestisiya Şirkətinin 2020-2022 dövrü üzrə xalis mənfəəti açıqlanıb
-
35 d. əvvəl
Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
İlham Əliyevin Berlində Almaniya Kansleri ilə geniş tərkibdə görüşü başlayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
4 saat əvvəl
"Yeni iqtisadi uğurlara nail olacağımıza inanırıq" - Məmməd Musayevin çıxışı