"Mentor Talks"un növbəti tədbiri keçiriləcək - TARİX, BİLET QİYMƏTLƏRİ
Artıq üçüncü dəfə təşkil edilən və mövzusu “Menecment” olan Mentor Talks tədbiri mart ayının 3-ü Avropa Azərbaycan Məktəbində (Badamdar filialı) keçiriləcəkdir.
Bu dəfəki şüarı “Gələcəyini idarə et!” olan tədbirin məqsədi menecmentin müxtəlif sahələrindən olan spikerlərin öyrədici və ilham verən çıxışları ilə insanları davamlı inkişafa sövq etməkdir.
Bu sahədə təcrübəli 7 spikerin çıxış edəcəyi tədbir saat 14:00-dan 18:00-a qədər davam edəcəkdir.
İştirakçılar tədbirdə, Biznes menecment, Marketinq menecment, Layihə menecmenti, PR menecment, Satış menecmenti, IT menecment, Kommunikasiya menecmenti olmaqla 7 fərqli mövzuda xarici və yerli spikerlərdən məlumatlar almaq, davamlı inkişafa meyilli insanlarla “networking” və ianəli bilet alaraq tədbirin sosial tərəfi olan `Gələcəyini Qur!` layihəsinin gənclərinə dəstək olma imkanı əldə edəcəklər.
Tədbirdə iştirak etmək istəyənlər təklif olunan Standart (29 AZN) və İanəli (39 AZN) biletlərdən birini seçə bilərlər. İanəli biletin standart biletdən fərqi ondadır ki, həmin bilet məbləğinin 10 AZN’i ilə Gələcəyini Qur! layihəsinin gənclərinə dəstək olunacaqdır.
Onu da qeyd edək ki, bu dəfəki tədbirdə sırf bakalavr pilləsində təhsil alan tələbələr üçün də xüsusi biletlər ayrılıb. Tələbələr üçün olan biletin qiyməti 20 AZN təşkil edir.
Məlumat üçün qeyd edək ki, tədbirin biletləri artıq satışdadır.
Biletləri əldə etmək üçün:
www.mentor.az saytından qeydiyyatdan keçə, Mentor Talks’un Facebook səhifəsi ilə (https://www.facebook.com/mentor.az/) və ya aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz:
Mob: (070) 296 64 66
Yerinizi rezerv etməyə tələsin! İndi sifariş edin!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 7 saat əvvəl
-
9 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 9 saat əvvəl
-
10 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
10 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
10 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
11 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 11 saat əvvəl