Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Bazar analitikindən Avro/dollar proqnozu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bazar analitikindən Avro/dollar proqnozu

Qlobal bazarlarında aparıcı provayderlərdən biri olan "CMC Markets"in Bazar analitiki David Madden Avro/dollar məzənnəsində daha çox aşağı istiqamətli təzyiq olacağını deyib. (Avronun ucuzlaşacağını, Dolların bahalaşacağını gözləyir - red).

 

"Marja" "Bloomberg"ə istinadən xəbər verir ki, Madden ABŞ iqtisadiyyatının yaxşı vəziyyətdə olduğunu, Avro Zonasında iqtisadi göstəricilərin pis gəldiyini xatırladaraq, "Bu səbəbdən məncə Avroda daha çox zəiflik görülə bilər",- deyib.
 

İnkişaf etməkdə olan bazarlar üçün ehtiyatlı nikbin olduqlarını qeyd edən Madden, "İnkişaf etməkdə olan ölkələrin  pul vahidlərində böyük itkilər görmüşdük. Fed çox aqressiv olmayacağını bildirib. Avropa Mərkəzi Bankı istifadə etdiyi dili yumuşaldıb. Yaxın perspektivdə inkişaf etməkdə olan ölkələrin riskli aktivlərinə axın ola bilər, amma bu problemlərin həll edildiyi mənasına gəlmir" deyib.

 

YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL​

 
Xəbər verdiyimiz kimi dünən ABŞ Mərkəzi Bankı (Fed) faiz artırmayıb. Fed açıqlamasında faiz artırmaq məsələsində səbrli olacağını açıqlayıb. Fed-in faiz artırmağı dayandırması ilə əlaqədar olaraq Dollar mühüm valyutalar qarşısında ucuzlaşıb. Avro/Dollar məzənnəsi yenidən 1.15 səviyyəsini keçərək 1.1504 səviyyəsinə qalxıb (Bakı vaxtı ilə saat 08:20-yə olan məlumat).

31.01.2019 05:22

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ