Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

İtaliya şirkəti Azərbaycanda dəri üzrə birgə müəssisə yaratmağı planlaşdırır

iç səhifə xəbər başlığı altı (mobil)_31
İtaliya şirkəti Azərbaycanda dəri üzrə birgə müəssisə yaratmağı planlaşdırır

İtaliyanın “Planet Industry srls” şirkəti Azərbaycanda dəri istehsalı və emalı üzrə birgə müəssisə yaratmağı planlaşdırır.

 

“Dəri istehsalı və emalı sahəsində fəaliyyət göstərən “Planet Industry srls” Azərbaycanda fəaliyyət göstərməkdə maraqlıdır. Bununla əlaqədar, şirkət birgə müəssisənin yaradılması məqsədilə bu sahədə fəaliyyət göstərən Azərbaycanda tərəfdaşlar axtarır”, - Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) saytında məlumat verilir.

 

“Planet Industry srls” dağ sənayesi, tikinti avadanlığı, kənd təsərrüfatı, dəri və ayaqqabı istehsalı daxil olmaqla müxtəlif sahələrdə fəaliyyət göstərir.

 

Şirkət hazır məhsulların istehsalı və ixracına dəstək verən Mərkəzi Afrika, Fars körfəzi, Asiyanın müxtəlif ölkələrində sənaye inkişafı üçün əməkdaşlığı inkişaf etdirir.

 

AZPROMO İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2003-cü ildə yaradılıb. İlkin mərhələdə fond investisiyaların təşviqi və investisiya məsələləri üzrə məsləhətləşmələrlə məşğul olurdu. 2005-ci ilin avqust ayında fondun funksiyaları genişləndirilib və fond ixracın təşviqi məsələləri ilə məşğul olmağa başlayıb.**

31.01.2019 10:38

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ