Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Embafinans”da yüksək artımlar - QAZANCI 4 DƏFƏYƏ YAXIN ARTIB

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Embafinans”da yüksək artımlar - QAZANCI 4 DƏFƏYƏ YAXIN ARTIB
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bank olmayan kredit təşkilatı “Embafinans” MMC 2018-ci ildə də böyüməkdə davam edərək bazardakı mövqeyini möhkəmləndirib. Kredit təşkilatının aktivləri, kredit portfeli, gəlirləri və xalis mənfəəti artıb.

 

GƏLİRLƏR

 

“Marja” təşkilatın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2017-ci illə müqayisədə 2018-ci ildə “Embafinans”ın cəmi gəlirləri 1 milyon 835 min manat və ya 36,2% artaraq 6 milyon 898 min manat təşkil edib. MMC 2017-ci ildə 5 milyon 63 min manat cəmi gəlir əldə etmişdi.

 

İllik müqayisədə “Embafinans”ın faiz gəlirləri 32% artaraq 5 milyon 526 min manat, haqq və komissiya 58% artaraq 1 milyon 372 min manat təşkil edib. 2017-ci ildə MMC-nin faiz gəlirləri 4 milyon 196 min manat, haqq və komissiya gəlirləri isə 867 min manat təşkil etmişdi.

 

QAZANCI 4 DƏFƏYƏ YAXIN ARTIB

 

2017-ci illə müqayisədə 2018-ci ildə "Embafinans" MMC-nin xalis mənfəəti 3,7 dəfə artaraq 1 milyon 834 min manat təşkil edib. Bank olmayan kredit təşkilatı 2017-ci ildə 496 min manat xalis mənfəət əldə etmişdi.

 

MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB

 

Embafinans”ın aktivlərində də artım müşahidə edilir. Kredit portfelinin 47% artması nəticəsində cəmi aktivlər 34% artaraq 2017-ci ilin sonundakı 22 milyon 846 min manatdan 2018-ci ilin sonunda 30 milyon 515 min manata yüksəlib. Təşkilatın kredit portfeli isə 31 Dekabr 2018-ci il tarixində 23 milyon 950 min manata çatıb. 2017-ci ilin sonunda təşkilatın kredit portfeli 16 milyon 292 min manat təşkil etmişdi.

 

İllik müqayisədə “Embafinans”ın məcmu kapitalı 10% artaraq 15 milyon 86 min manata yüksəlib.

 

MALİYYƏ NƏTİCƏLƏRİ:

2018

2017

Artım

Faiz gəlirləri

5 525 723

4 195 849

132%

Faiz xərcləri

-  1 225 474

-1 162 533

105%

Xalis faiz gəliri

4 300 250

3 033 317

142%

Haqq və komissiya gəlirləri

1 372 356

866 969

158%

Haqq və komissiya xərcləri

-  361 968

- 290 012

125%

Xalis əməliyyat gəliri

5 310 638

3 610 274

147%

İnzibati və digər əməliyyat xərcləri

- 3 018 525

- 2 989 841

101%

Vergidən əvvəlki mənfəət

2 292 113

620 433

 

Mənfəət vergisi xərci

-  458 423

- 124 087

 

Xalis mənfəət

1 833 691

496 347

369%

BALANS GÖSTƏRİCİLƏRİ:

31.12.2018

31.12.2017

 

Aktivlər

30 514 767

22 846 012

134%

Kredit portfeli

23 950 545

16 292 775

147%

Məcmu kapital

15 086 126

13 725 768

110%

31.01.2019 13:05

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ