Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Banklarda dolların ucuzlaşması manat çatışmazlığı ilə bağlıdır”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Banklarda dolların ucuzlaşması manat çatışmazlığı ilə bağlıdır”

Bu gün Mərkəzi Bankda keçirilmiş hərracda banklar 34 milyon 850 min dollar alıblar. Onlara təklif edilən məbləğ isə ən azı 35 milyon olub. 

 

Reklam_3_11

Hərracda dolların məzənnəsinin qalxmasına baxmayaraq hərracdan əvvəl və sonra  banklarda dollar bir qədər də ucuzlaşıb.

 

Bu mütənasibliyin pozulmasını şərh edən iqtisadçı-eskpert Samir Əliyev bildirib ki, indi ölkədə, eləcə də banklarda həm manata, həm də dollara ehtiyac yaranıb. Ona görə də banklarda fərqli məzənnələr tətbiq edilir:

 

"Məlumdur ki, bu ilin yanvar ayında dövriyyədə olan pul kütləsi 6% azalıb. Yəni, manat da azalıb. Eyni zamanda Mərkəzi Bank infilyasiyanı cilovlamaq məqsədilə müəyyən addımlar atır. Depozit hərracları vasitəsilə banklarda olan manatı toplaya bilib. Ona görə də banklarda manat qıtlığı yaranıb". 

 

Maliyyə qurumlarının dolları ucuzlaşdırması da manat çatışmalığı ilə bağlıdır. Bu səbəbdən banklar bu gün hərraca çıxarılan dolları tam ala bilməyib. 

 

© Fins

28.02.2017 15:14

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ