Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Kanalizasiyası Xəzərə axan obyektlərə müraciət - "Qurğu alın, qiymətləri də münasibdir"

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kanalizasiyası Xəzərə axan obyektlərə müraciət - "Qurğu alın, qiymətləri də münasibdir"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Xəzər dənizinin çirklənməsinin qarşısını almaq üçün sənaye və iaşə müəssisələri tərəfindən dənizə axıdılan sular təmizlənməlidir. Dənizə axıdılan suyun tərkibi normalara cavab verməlidir".

 

"Marja" xəbər verir ki, bunu keçirilmiş mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Mirsalam Qəmbərov deyib.

 

Mirsalam Qəmbərov qeyd edib ki, hüquqi və fiziki şəxslər obyektlərdə təmizləyici qurğuların quraşdırılmasını təmin etməlidirlər:

 

"Fiziki və hüquqi şəxslər modul tipli qurğular vasitəsilə suyun təmizlənməsini təmin etməlidirlər. Xüsusilə, Xəzər dənizinin sahilindəki istirahət mərkəzlərinin ümumi kanalizasiya sisteminə qoşulmaq imkanları yoxdur. Qarşıda istirahət mövsümü gəlir. Biz iş adamlarını müraciət edirik ki, modul tipli təmizləyici qurğular alsınlar və quraşdırsınlar. Bizim təklif etdiyimiz qurğular sadədir və qiymətləri də münasibdir". 

01.02.2019 12:39

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ