Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda möhtəşəm telefon satışa çıxdı - QİYMƏTİ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda möhtəşəm telefon satışa çıxdı - QİYMƏTİ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda “Honor” telefonlarına böyük maraq – daha bir modeli təqdim edildi


 

Reklam_3_11

Yüksək xüsusiyyətləri qarşılığında çox münasib qiymətlərilə diqqəti çəkən “Honor” ağıllı telefonları Azərbaycan bazarında da böyük marağa səbəb olub.

 

“Honor”un Azərbaycanda eksklüziv distribütoru olan “İrşad Electronics” şirkəti təxminən 2018-ci ilin ortalarında “Honor” telefonlarının satışına başlayıb. Noyabrın əvvəlində təqdim edilən “Honor 8X” modeli ilə satışlar daha da canlanıb. Alıcıların “Honor” telefonlarından razı qalması ilə bu telefonlara artan marağı nəzərə alan “İrşad Electronics” şirkəti markanın daha bir modelini satışa çıxarıb.

 

2 Fevral 2018-ci il tarixində Bakıda “Four Seasons” mehmanxanasında “İrşad Electronics” şirkəti tərəfindən “Honor 10” ailəsinin yeni üzvü olan “Honor 10 Lite” modelinin təqdimatı keçirilib. Təqdimatda media nümayəndələri, blogerlər və şirkətin dilerləri iştirak ediblər.

 

SATILAN TELEFONLARIN YARISI “HONOR”DUR

 

Tədbirdə “İrşad Electronics” şirkətinin Satışa nəzarət departamentinin rəhbəri Aris Şıxaliyev “Marja”ya bildirdi ki, “Honor” telefonları həm parametrlərinə, həm də qiymətlərinə görə bazarda özünü doğruldub. Ötən ilin Noyabr ayında 599 manata satışı çıxarılan “Honor 8X” telefonu yüksək satış rəqəmlərinə çatıb:

 

““İrşad Electronics” mağazalarında 15-ə yaxın markanın telefonları satılır. “Honor 8X”ın satışları gözlədiyimizdən daha yüksək oldu. Hazırda “İrşad Electronics”in telefon satışlarının 50%-ə yaxını “Honor” modellərinin payına düşür. Bu gün təqdim etdiyimiz “Honor 10 Lite” modelindən də gözləntilərimiz yüksəkdir”.

 

Qeyd edək ki, hazırda “İrşad Electronics” mağazalarında "Honor 7A", "Honor 7C", "Honor 8X", "Honor 9 Lite", "Honor 10" modelləri də satışdadır. “Honor” telefonlarının qiyməti 249 manatdan başalyır.  

 

“MÜŞTƏRİ MAĞAZAYA “HONOR” TELEFONU ÜÇÜN GƏLİR”

 

Aris Şıxaliyev qeyd etdi ki, artıq “Honor” telefonları bütün Azərbaycanda tanınır:

 

“Biz telefonların topdan satışı ilə də məşğul oluruq. Bakı və regionlar üzrə əlimizdə satış rəqəmləri var. Rəqəmlər sübut edir ki, artıq bütün Azərbaycanda “Honor” telefonları tanınır, sevilir və alınır. Müştəri mağazaya “Honor” telefonu üçün gəlir. Müştərinin mağazaya gələrək “Honor” telefonunu istəməsi sevindirici haldır. Bu telefonu işlədən insanlar öz yaxınlarına da “Honor” almağı məsləhət görürlər”.

 

BAZARDA 499 MANATA BU PARAMETRLƏRDƏ TELEFON YOXDUR

 

Aris Şıxaliyev bildirdi ki, artıq yüksək parametrlərə malik telefonları münasib qiymətlərə almaq mümükündür:

 

““Honor  10 Lite” aşağı qiymətinə qarşı qəşəng dizayna, geniş xüsusiyyətlərə malik bir telefondur. 24 meqapiksel kameraya, 3 GB əməliyyat, 32 GB daxili yaddaşa malik bu telefonun qiyməti cəmi 499 manatdır. Digər markaların “Honor 9 Lite” səviyyəsində parametrlərə malik olan modelləri daha bahadır”.

 

KEYFİYYƏTİ SİZİ TƏƏCCÜBLƏNDİRƏCƏK

 

“İrşad Electronics” şirkətinin Satışa nəzarət departamentinin rəhbəri əlavə etdi ki, “Honor” telefonlarından şikayət demək olar ki, yox səviyyəsindədir.

 

“Satış sayı ilə müqayisədə qüsurlu “Honor” telefonları çox azdır. Tanınmış markaların telefonları “Honor” telefonlarından daha çox servisə gətirilir. “Honor” telefonları yüksək keyfiyyətə malikdirlər. Həm yüksək parametrlərə malik telefon çox münasib qiymətədir, həm də keyfiyyətlidir. Bu amillər “Honor” telefonlarına böyük marağın səbəbləridir”.

 

“HONOR”DAN BÖYÜK HƏDƏFLƏR

 

Təqdimat mərasimində “Honor” şirkətinin nümayəndəsi çıxış edərək bildirdi ki, "Huawei" şirkətinin tərkibində fəaliyyət göstərən “Honor” münasib qiymətlərə geniş funksiyalı telefonlar istehsal edir. Şirkət, 2020-ci ildə beşinci, 2022-ci ildə isə üçüncü ağıllı telefon istehsalçısı olmağı hədəfləyir.

 

TELEFONUN ÜZÜNÜN 90 FAİZİNİ EKRAN TUTUR

 

Daha sonra “Honor 10 Lite” modelinin xüsusiyyətləri barədə məlumat verildi. Bildirildi ki, telefonda ilk diqqəti çəkən geniş ekranıdır. Telefonun üzünün 90%-i ekrandan ibarətdir. 6.2 düymlük ekrana malik “Honor 10 Lite”da, “Full HD + IPS LCD” ekrandan istifadə edilir.

 

GÜCLÜ PROSESSORU İLƏ SÜRƏTLİ İŞLƏYİR

 

Qəşəng dizayna malik “Honor 10 Lite” telefonu gücünü “Kirin 710” prosessorundan alır. Bu prosessor daha qüsursuz bir performans təqdim edir, yəni telefon “donmur”.  3 GB RAM  ağıllı telefonun əməliyyat sürətini yüksəldir. Azərbaycan bazarında “Honor 10 Lite”ın 32 GB daxili yaddaşa malik versiyası təqdim edilir. Yaddaşı MicroCD kart ilə  512 GB-a qədər artırmaq mümkündür.

 

“Honor 10 Lite” telefonu “Andorid 9 Pie” əməliyyat sistemi ilə təchiz edilir.

 

OYUN HƏVƏSKARLARI ÜÇÜN MÜKƏMMƏL TELEFON

 

“Honor” şirkəti texnologiyanı modaya və gənclərin ehtiyaclarına adaptasiya edir. “Honor 10 Lite” modelində “Honor” şirkətinin cığır açan “GPU Turbo” qrafik texnologiyası da mövcuddur. Bu texnologiya oyun həvəskarlarının ürəyincə olacaq. “Honor 10 Lite”da yüksək kadr sürətindəki oyunları oynamaq zövq verir. Eyni zamanda, oyun oynadıqda “GPU Turbo” sayəsində batareyanın enerjisi gec tükənir.

 

24 MEQA PİKSEL SELFİ KAMERASI

 

“Honor 10 Lite”ın arxa hissəsində 13 MP2MP olmaqla cüt, ön hissəsində isə 24 MP selfi kamerası yer alır. Kameralar süni intellekt texnologiyasını istifadə edir. “Honor 10 Lite” fərqli obyektləri tanıya və fərqli ssenarilərə görə ən uyğun nizamlamaları edə bilir.

 

24 MP selfi kamerası həm gündüz, həm də gecə yüksək keyiyyətli fotolar çəkməyə imkan verir. Ön kamera səkkiz selfi ssenarisini tanıyır və fotoşəkilin arxa planını da optimizə edir. Telefonun “AI” adlı gözəllik alqoritmi yaşınıza, cinsiyyətinizə və dəri tonunuza görə gözəllik efektlerini fərdiləşdirərək təbii bir görünüş əldə etmənizi təmin edir. "AI" texnologiyasının işıqlandırma rejimləri ilə evinizdə studiya keyfiyyətində selfilər çəkmək artıq çox asandır.

 

SUPER GECƏ ÇƏKİLİŞİ

 

Artıq möhtəşəm gecə çəkilişləri üçün professional bacarıqlara da ehtiyac yoxdur. Titrəşmənin qarşısını alan "Super Gecə Çəkilişi" rejimilə mükəmməl gecə çəkilişləri edə bilərsiniz.

 

SÜNİ İNTELLEKT İLƏ GÜCLÜ RABİTƏ

 

"Honor"un süni intellekt texnologiyası zəif telefon siqnalı olan bölgələrdə zənglərin keyfiyyətini artırır. Eyni zamanda, süni intellekt texnologiya istifadəçinin liftə girdiyini müəyyən edir və çıxdıqda telefonu üç saniyə ərzində 4G şəbəkəsinə bağlayır.

 

Telefonun SIM kart girişi sayı 2-dir.

 

AYDA 28 MANAT ÖDƏYƏRƏK AL

 

Təqdimatda bildirildi ki, “Honor 10 Lite” telefonunu nağd qiymətinə 12 və 18 ay müddətlərinə hissə-hissə ödənişlər ilə də almaq olar (Telefonun nağd qiyməti 12 və ya 18 aya bölünür). “Kapital Bank”ın “Bir kart” sahibləri ilkin ödənişssiz, faizsiz və komissiyasız 18 ay müddətinə hissə-hissə ödəniş imkanından faydalana bilərlər. Bu zaman aylıq ödəniş 27.72 manat təşkil edir.

 

“İrşad Electronics”in daxili şərtləri ilə də telefonu ilkin ödənişsiz, komissiyasız, faizsiz 12 ay hissə-hissə ödənişlər ilə əldə etmək olar. Bu halda aylıq ödəniş 41,58 manat təşkil edir.

 

Daha ətraflı:https://irtelecom.az/honor-10-lite

03.02.2019 07:36

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ