Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Prosedurların sayı 18-dən 7-yə, günlərin sayı 116-dan 38 günə azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Prosedurların sayı 18-dən 7-yə, günlərin sayı 116-dan 38 günə azalıb

“İslahatlar İcmalı”nın xüsusi buraxılışı tikintiyə dair islahatlara həsr olunub

 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İslahatlar İcmalı”nın xüsusi buraxılışı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə tikintiyə icazə verilməsi üzrə vahid yanaşma prinsipinin formalaşdırılması ilə səmərəliliyin və şəffaflığın artırılması istiqamətində görülən işlərə həsr olunub.

 

Qeyd edək ki, Prezidentin “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydası” ilə bağlı 28 dekabr 2018-ci il tarixində imzaladığı Fərmana əsasən əsasən tikintiyə və tikinti obyektinin istismarına icazə ödənişsiz şəkildə aparılır, tikintiyə icazə alınması istiqamətində bütün aidiyyəti qurumlardan rəylər və texniki şərtlərin alınması tam olaraq sahibkarın iştirakı olmadan elektron qaydada həyata keçirilir. Eyni zamanda, tikintiyə və istismara icazənin əldə olunması üzrə tələb olunan prosedurların sayı 18-dən, 7-ə və günlərin sayı isə 116 gündən 38 günə azaldılmaqla, sahibkarlar üçün daha operativ, şəffaf və səmərəli mühit formalaşdırılır.

 

Bütün yeniliklərin xüsusi infoqrafik təsvirlərlə təqdim olunduğu “İslahat icmalı”nın xüsusi buraxılışı ilə www.iqtisadiislahat.org saytının İslahat icmalı bölümündə tanış ola bilərsiniz.

04.02.2019 07:36

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ