Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

2017-də 1,3 milyard azalmışdı, 2018-də 600 milyon manata yaxın artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
2017-də 1,3 milyard azalmışdı, 2018-də 600 milyon manata yaxın artıb

İstehlak kreditlərində 600 milyon manata yaxın artım


 

"Marja" Mərkəzi Bankın 31 Dekabr 2018-ci il tarixinə olan statistikasına istinadən xəbər verir ki, 2017-ci illə müqayisədə 2018-ci ildə ev təsərrüfatlarına verilən kreditlərin məbləği 713,1 milyon manat artaraq 5 milyard 319,6 milyon manata qalxıb.

 

2016-cı illə müqayisədə 2017-ci ildə ev təsərrüfatlarına verilən kreditlər 1 milyard 252,2 milyard manat azalaraq 4 milyard 606,5 milyon manata düşümüşdü.

 

Mərkəzi Bank daşınmaz əmlakın tikintisinə və alınmasına (ipoteka krediti daxil olmaqla) verilən kreditləri də ev təsərrüfatlarına verilən kreditlərə daxil edir. Daşınmaz əmlakın tikintisinə və alınmasına verilən kreditlər xaric ev təsərrüfatlarına verilən kreditlər (istehlak kreditləri) 2018-ci il ərzində 579,5 milyon manat artaraq ilin sonunda 3 milyard 448,7 milyon manat təşkil edib.

 

2016-cı illə müqayisədə 2017-ci ildə istehlak kreditləri 1 milyard 286 milyonmanat azalaraq 2 milyard 869,2 milyon manata düşmüşdü.

 

2017-ci illə müqayisədə 2018-ci ildə daşınmaz əmlakın tikintisinə və alınmasına (ipoteka krediti daxil olmaqla) verilən kreditlər isə 133,6 milyon manat artaraq 1 milyard 870,9 milyon manata yüksəlib. 2017-ci ildə daşınmaz əmlakın tikintisinə və alınmasına verilən kredilər 33,8 milyon manat artmışdı. 

 

2018-ci ilin sonuna, 13 milyard 20,3 milyon manat cəmi kredit portfelinin 40,9%-i ev təsərrüfatlarına verilən kreditlərin payına düşüb. 2017-ci ilin sonunda bu nisbət 39,2% idi.

04.02.2019 09:02

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ