Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan Moskvada keçiriləcək böyük sərginin baş sponsoru oldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan Moskvada keçiriləcək böyük sərginin baş sponsoru oldu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Fevralın 11-dən 15-dək Moskvadakı “Eksposentr” Mərkəzi Sərgi Kompleksində “Prodekspo-2019” sərgisi - 26-cı Beynəlxalq qida məhsulları, içkilər və onların istehsalı üçün istifadə edilən xammal sərgisi keçiriləcək.

 

Azərbaycanın Moskvadakı Ticarət Nümayəndəliyindən verilən məlumata görə, builki “Prodekspo” sərgisinin baş sponsoru yenə Azərbaycan olub. Ölkəmizin həmin sərgidə təqdim edəcəyi “Made in Azerbaijan” milli stendində geniş çeşidli milli məhsullar nümayiş etdiriləcək.

 

31 şirkətin kollektiv ekspozisiyasında təzə kənd təsərrüfatı məhsulları, konservlər, təbii mineral sular, müxtəlif alkoqollu və alkoqolsuz içkilər, çay, fındıq-qoz, quru meyvə, qənnadı məmulatı və s. təklif ediləcək.

 

“Spirtli içilər. Şərab. Pivə” salonuna gələnlər Azərbaycanın qədim şərabçılıq ənənələri ilə tanış ola biləcəklər.

 

RF Ticarət-Sənaye Palatasının himayəsi və RF Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə “Eksposentr” tərəfindən təşkil edilən “Prodekspo” postsovet məkanında ərzaq sənayesi məhsullarının ən genişmiqyaslı sərgi layihəsidir.

 

Ümumi sahəsi 100 min kvadratmetrdən çox olan “Prodekspo-2019” sərgisində dünyanın 65 ölkəsində qida məhsulları və müxtəlif içkilər istehsal edən 2300-cən çox şirkət iştirak edəcək.

 

30 tematik salonda yeyinti, emal və içki sənayesi sahələrinin çox geniş spektri təqdim ediləcək.

 

Qarşıdakı sərgiyə gələnləri bir sıra yeniliklər gözləyir. Məsələn, orqanik qida məhsulları və içkilər istehsalı və satışı üzrə ixtisaslaşdırılmış “Prodekspo orqanik” salonu, kiçik həcmli sifarişlərlə işləyən topdansatış bölüşdürmə mərkəzlərini və ticarət evlərini birləşdirən, restoranlar üçün məhsullar nümayiş etdiriləcək “Multiproduk” xüsusi bölməsi budəfəki sərginin “premyeraları” sayıla bilər.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Azərtac

04.02.2019 12:44

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ