Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Aqrarkredit" QSC Cahangir Hacıyevə qarşı 3.7 milyard manatlıq mülki iddia qaldırıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Aqrarkredit" QSC Cahangir Hacıyevə qarşı 3.7 milyard manatlıq mülki iddia qaldırıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

 

Hakim Faiq Qəniyevin sədrliyi ilə günün ikinci yarısında davam etdirilən prosesdə dövlət ittihamçısı ittiham aktının elanını yekunlaşdırılıb.

 

Elan olunmuş ittiham üzrə C.Hacıyev və digərləri özlərini təqsirli bilmədiklərini söyləyiblər.

 

Məhkəmədə deyilib ki, mülki iddiaçı "Aqrarkredit" QSC bank olmayan kredit təşkilatı C.Hacıyevə qarşı 69 xarici şirkətlərə ayrəlmış kredit üzrə 3 milyard 700 min manatdan artıq mülki iddia qaldırıb.

 

Həmçinin, C.Hacıyevlə yanaşı digər şəxslərə qarşı da mülki iddia qaldırıldığı elan olunub.

 

Həmin şəxslər mülki iddiaları qəbul etmədiklər deyiblər.

 

Daha sonra prokuror sübutların tətqiqi mərhələsində əvvəlcə təqsirləndirilən şəxslərin, sonra zərərçəkmiş, şahidlərin dindirilməsini və digər sənətlərin elan olunmasını istəyib.

 

Məhkəmə sabiq bank rəhbəri C.Hacıyevə ifadə verməsini təklif edib. O, növbəti iclasda ifadə verəcəyini söyləyib.

 

Proses fevralın 7-də davam etdiriləcək.

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

© Report

04.02.2019 14:39

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ