"SOCAR-ın Türkiyədəki törəməsi TANAP-ın səhmdarı ola bilər"
"TANAP layihəsinə maliyyə vəsaitinin cəlb olunması üçün danışıqlar davam etdirilir. Bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev "Anadolu" agentliyinə müsahibəsində bildirib.
"TANAP-a investisiya yatırmaq istəyən bir sıra banklarla danışıqlar aparırıq. Danışıqlarda konkret bir anlaşma əldə olunmayıb. Söhbət 4 mlrd. dollarlıq yatırımdan gedir. Danışıqlar Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı kimi ciddi maliyyə təsisatları ilə aparılır. Bilirsiniz ki, TANAP-ın səhmlərinin 58%-i "Cənub Qaz Dəhlizi" QSC-yə məxsusdur. QSC-yə məxsus olan səhmlərin 8%-i "SOCAR Turkey Energy A.Ş."-yə satılması da müzakirə predmetidir. Bununla bağlı, artıq danışıqlar aparılır. Yaxın dönəmdə bu əqdin baş tutması istisna deyil", - deyə R. Abdullayev bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 12 saat əvvəl
-
15 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 15 saat əvvəl
-
15 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
15 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
15 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
16 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 16 saat əvvəl