Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

“AtaSığorta”nın Sığorta Hadisələrinin Tənzimlənməsi Departamenti yeni ünvanda

iç səhifə xəbər başlığı altı (mobil)_31
“AtaSığorta”nın Sığorta Hadisələrinin Tənzimlənməsi Departamenti yeni ünvanda

“AtaSığorta” ASC-nin Sığorta Hadisələrinin Tənzimlənməsi Departamenti yeni ünvanda fəaliyyətini davam etdirəcəkdir. Ünvanın dəyişdirilməsində məqsəd müştərilərə daha operativ və keyfiyyətli sığorta xidmətləri göstərməkdir.

 

Reklam_3_11

Şirkətdən “Marja”ya daxil olmuş məlumata görə, Bakı şəhərinin Nərimanov rayonunda Heydər Əliyev pr. 105 ünvanında vətəndaşların qəbulu və sığorta hadisələrinin tənzimlənməsi həyata keçiriləcəkdir.

 

"Sığorta Hadisələrinin Tənzimlənməsi Departamentinin yeni ofisi rahat və geniş binada tam təmir edilmiş, müasir texnoloji avadanlıqlarla təmin edilmiş və müştəriləri qəbul etməyə tam hazır vəziyyətə gətirilmişdir. Ofisinin rahat ünvanda yerləşməsi, ofisdə yaradılmış gözəl şərait müştərilərin rahatlığına və məmnunluğuna xidmət edəcəkdir", - Şirkətin məlumatında deyilir.

 

"AtaHolding” şirkətlər qrupuna daxil olan “AtaSığorta” 2004-cü ildən sığorta sektorunda fəaliyyət göstərir. Şirkət 35 milyon manata yaxın aktivlərə malik olmaqla 30 sığorta növü - 26 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. Bütövlükdə, “AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə 90-dan artıq filial, nümayəndəlik və ofislər daxildir.

05.02.2019 09:11

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ