Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Azərbaycanda meşələrdən meyvə yığmaq qadağan edildi - CƏRİMƏLƏR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda meşələrdən meyvə yığmaq qadağan edildi - CƏRİMƏLƏR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda qadağan edilən sahələrdə meşə sərvətlərinin tədarükü və yığılması nəticəsində meşə təsərrüfatına vurulmuş zərərə görə ödənişlər müəyyənləşib.

 

“Marja” xəbər verir ki, bu ödənişlər Nazirlər Kabinetinin “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” qərarında dəyişiklik sənədində əksini tapıb.

 

Belə ki, yabanı (cır) meyvələrin (alma, armud, zoğal, alça və s.) hər kiloqramına görə 1 manat, peyvənd meyvələr (alma, armud, zoğal, alça və s.) hər kiloqramına görə 2 manat, itburnunun hər kiloqramına görə 2 manat, çaytikanının hər kiloqramına görə 3 manat, digər dərman bitkilərinin hər kiloqramına görə 2 manat, şabalıd və fındığın hər kiloqramına görə 2 manat, qozun hər kiloqramına görə 3 manat, fıstıq toxumunun 1.5 manat, palıdın hər kiloqramına 1 manat, cökənin hər kiloqramına görə 1.5 manat ödəniş nəzərdə tutulur.

 

Bundan başqa, qamış, qarğı, meşə döşənəyi və tökülmüş yarpaqların hər kubmetrinə 50 qəpik ödəniş olmalıdır.

 

XXX

 

Azərbaycanda meşələrdə bəzi meyvələrin yığılması qadağan edilir.

 

Bu, Nazirlər Kabinetinin “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” dəyişikliklərdə əksini tapıb.

 

Qanunun əhatəsi qadağa olan yerlərə aiddir. Belə ki, meşədə yığılan hər bir kiloqram alma, armud, və zoğala görə bir manat məbləğində cərimə tətbiq edilir.

 

Meşədən yığılması qadağan olunanlar siyahısına dərman bitkiləri də əlavə olub: itburnu, çaytikanı, fıstıq toxumu və s. Bu növ bitkilərin yığılmasına görə 3-5 manat civarında cərimə nəzərdə tutulub.

 

Dəyişikliyə əsasən, tökülmüş yarpaqları, meşə döşənəyi və qarğı yığan şəxslər cəzalandırılacaq.

 

Yeni qanunvericilikdə o da qeyd olunub ki, icazə olmadan meyvə ağaclarının məhsulunu yığan şəxslər həmin məhsulu geri qaytarmalıdır. Bildirilir ki, əsassız əldə edilmiş məhsulu eynilə qaytarmaq mümkün olmadıqda, dəymiş zərərin məbləği hüquq pozuntusu baş  vermiş tarixdə dövlət tərəfindən tənzimlənən qiymətlərlə, dövlət tərəfindən tənzimlənmədiyi hallarda isə sərbəst satış qiymətləri ilə hesablanır.  

05.02.2019 12:49

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ