Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Yeni agentlik pul verəcəyi bankları belə seçəcək – MEYARLAR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yeni agentlik pul verəcəyi bankları belə seçəcək – MEYARLAR

Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyası "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə üzrə Müsabiqə Komissiyası haqqında Əsasnamə”nin və "Müvəkkil kredit təşkilatlarının seçilmə meyarları”nı təsdiq edib. 
 


Prezident İlham Əliyev "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan bəzi qurumların əsasnamələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 iyul tarixli 571 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 19 dekabr 2018-ci il tarixli fərmanına əsasən Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti əsasında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi yaradılıb.
 


Əsasnamə aqrar bölmənin inkişafı layihələrinin və kənd təsərrüfatı istehsal vasitələrinə verilən güzəştlərin maliyyələşdirilməsi məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə üzrə regional struktur və regional əhatə dairəsi nəzərə alınmaqla müvəkkil banklar, bank olmayan kredit təşkilatları və lizinq təşkilatlarının seçilməsini həyata keçirmək üçün yaradılan Müsabiqə Komissiyasının fəaliyyətini tənzimləyir. Komissiyanın fəaliyyət istiqamətlərinə regional struktur və regional əhatə dairəsi nəzərə alınmaqla müvəkkil kredit təşkilatlarının seçilməsini təmin etmək və Agentliklə müvəkkil kredit təşkilatları arasında bağlanan müqavilə üzrə kredit xəttinin konkret həcmini (limit üzrə vəsait) müəyyən etmək daxildir.  Komissiyanın tərkibini kənd təsərrüfatı naziri təsdiq edir. Komissiyanın tərkibinə nazirlikdən 2 üzv, Agentlikdən 1 üzv və qeyri-hökumət təşkilatlarından 2 üzv olmaqla, cəmi 5 üzv daxildir. Komissiya sədr, onun müavini, digər üzvlərdən və katibdən ibarət tərkibdə fəaliyyət göstərir. Komissiyanın katibi Agentliyin inzibati vəzifə tutan əməkdaşlarından təyin olunur. Komissiyanın sədri nazirliyin üzvlərindən seçilir, sədr müavini isə Agentliyin üzvüdür. Komissiyanın sədri olmadıqda və ya öz vəzifələrini yerinə yetirə bilmədikdə, Komissiyanın sədr müavini onu əvəz edir. İctimai əsaslarla fəaliyyət göstərən Komissiyanın üzvlərinin səlahiyyət müddəti 3 ildir. omissiyanın üzvlərinin azı üçü iştirak etdikdə, Komissiya iclasları səlahiyyətli sayılır. Komissiyanın qərarları açıq səsvermə yolu və sadə səs çoxluğu ilə qəbul edilir. Səslərin sayı bərabər olduqda Komissiya sədrinin səsi həlledici hesab edilir. Komissiyanın fəaliyyət istiqamətləri üzrə məsələlərə 7 iş günü ərzində baxılaraq nəticəsi barəsində Komissiyanın iclasında müvafiq qərar qəbul edilir. Komissiyanın üzvü müvəkkil kredit təşkilatının aidiyyəti şəxsidirsə, həmin müvəkkil kredit təşkilatı ilə əlaqədar olan səsvermədə iştirak edə bilməz.


 
Müvəkkil kredit təşkilatlarının seçilməsi ilə bağlı aşağıdakı sənədlər Agentlik tərəfindən Komissiyaya təqdim edilir:


 
- müvəkkil kredit təşkilatının hüquqi statusuna dair sənədlər (təsis sənədləri, lisenziya (icazə);
 
- müvəkkil kredit təşkilatının təkbaşçı icra orqanının rəhbəri və İdarə Heyətinin sədrinin təyin olunması haqqında qərarların (əmrlərin) surətləri;
 
- müvəkkil kredit təşkilatının məsul şəxslərinin imza nümunələri və möhürünün əksi;
 
- kənar auditor rəyi ilə təsdiq olunmuş son bir il üçün maliyyə hesabatları (əgər mövcuddursa);
 
- müvəkkil kredit təşkilatının filialları haqqında məlumat;
 
- beynəlxalq reytinq agentlikləri tərəfindən banka verilmiş reytinq barədə məlumat (əgər belə reytinq verilibsə);
 
- Azərbaycan Kredit Bürosu ilə müvəkkil kredit təşkilatları arasında məlumat təchizatına dair müqavilənin surəti; 
 
-  Agentliyin və ya Komissiyanın sorğusu əsasında müvəkkil kredit təşkilatının maliyyə-statistik göstəriciləri, prudensial normativləri, habelə maliyyə vəziyyətinin qiymətləndirilməsi barədə qanunvericiliyə uyğun olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasından və müvəkkil kredit təşkilatından alınmış sənədlər (məlumatlar).
 
Müvəkkil kredit təşkilatlarının seçilmə meyarları isə aşağıdakılardır:
 
- Müvəkkil kredit təşkilatının maliyyə hesabatlarının, kapital adekvatlığı və kapital dəyişmələrinin qənaətbəxş olması;
 
- prudensial normativlərə və tələblərə əməl etməsi, onun fəaliyyətinin "Banklar haqqında”, "Bank olmayan kredit təşkilatları haqqında”, "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunların və maliyyə bazarlarına nəzarət orqanının normativ xarakterli aktlarının tələblərinə uyğun həyata keçirilməsi;
 
- maliyyə bazarlarına nəzarət orqanının və digər orqanların verdiyi lisenziyaya və ya icazəyə daxil edilmiş məhdudiyyətlərə əməl etməsi;
 
- maliyyə bazarlarına nəzarət orqanı tərəfindən tətbiq edilən təsir tədbirlərinin növü, müddəti, ağırlığı.

05.02.2019 17:25

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ