Mart gəldi, banklarda Dollar qalxmağa başladı
Bu gün banklarda Dolların qiymətlərində az da olsa artım olduğu müşahidə olunur.
Bazarın əsas aktyorlarından biri olan “Kapital Bank” Dolların satış qiymətini 1.80 manatdan 1.81 manata qaldırıb. Bank dünən Dolların satış qiymətinin 1.83 manatdan 1.80 manata endirmişdi.
“Kapital Bank” Dolların alış qiymətini isə 1.7445 manatdan 1.7485 manata qaldırıb. Qeyd edək ki, "Kapital Bank" məzənnəni qldırdıqdan sonra digər banklar da bu banka baxıb məzənnələri qaldırırlar. "Kapital Bank" Dolları limitsiz satır.
Bank Silk Vey Dolların alış qiymətini 1.7470 manatdan 1.75 manata, satışını isə 1.78 manatdan 1.79 manata, Bank BTB də Dolların satış qiymətini 1.78 manatdan 1.79 manata qaldırıb.
AtaBank Dolların satış qiymətini 1.8150 manatdan 1.80 manata endirib, Azərbaycan Sənaye Bankı isə alışı 1.7450 manatdan 1.75 manata qaldırıb, satışı isə 1.82 manatdan 1.79 manata salıb.
Əksər banklarda Dolların alış məzənnəsinin qalxdığı müşahidə olunur.
Qeyd edək ki, 28 fevral 2017-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilmişdi. Hərracda manatın orta çəkili məzənnəsi 1,7514 səviyyəsində formalaşmış, rəsmi məzənnə isə 1.7475 manatdan 1.7515 manata qalxmışdır.
OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 saat əvvəl
-
8 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 8 saat əvvəl
-
9 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
9 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
9 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
10 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 10 saat əvvəl