Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Azərpoçt” 2 şöbəsini istifadəyə verib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azərpoçt” 2 şöbəsini istifadəyə verib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC Bakıda tam müasir standartlara uyğun yenidən qurulmuş 2 poçt şöbəsini istifadəyə verib. 

 

Reklam_3_11

Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.

 

Məlumatda deyilir ki, İstiqlaliyyət küçəsi 53 və Səməd Vurğun küçəsi 145 ünvanlarında yerləşən 1 və 22 saylı poçt şöbələri “Azərpoçt” MMC-nin yeni brendinə uyğun olaraq dizayn edilib. Burada vətəndaşlara yüksək xidmət üçün bütün şərait yaradılıb.

 

Yenidənqurmadan sonra sözügedən poçt şöbələrində vətəndaşlar növbə aparatından istifadə edə, öz poçt göndərişlərini rahatlıqla yollaya və qəbul edə biləcəklər.

 

Eyni zamanda, depozit və kredit istisna olmaqla, bütün maliyyə xidmətlərindən də yararlanmaq, “SmartPay” ödəniş sistemi vasitəsilə kommunal, mobil, rabitə və bir çox digər xidmətlər üzrə də ödəniş etmək mümkündür.

 

Bundan başqa, 22 saylı poçt şöbəsində həftənin 7 günü 24 saat ərzində valyuta mübadiləsi əməliyyatlarını həyata keçirtmək imkanı yaradılıb.

 

Poçt filial və şöbələrinin modernləşdirilməsində əsas məqsəd vətəndaşlara yüksək standartlara uyğun xidmət göstərilməsi, onların rahatlığının təmin edilməsi, əlavə vaxt itkisinin qarşısının alınması və şəffaflığın artırılmasıdır.

 

Qeyd edək ki, “Azərpoçt” MMC-nin 63 Poçt filialı, 7 Rabitə qovşağı, 4 törəmə müəssisə, 1 497 Poçt şöbəsi və 83 Poçt agentliyi mövcuddur.

06.02.2019 10:23

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ