Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycandan Özbəkistana ticarət missiyası təşkil ediləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycandan Özbəkistana ticarət missiyası təşkil ediləcək

Fevralın 4-5-də Azərbaycan nümayəndə heyəti Özbəkistanda səfərdə olub.

 

Reklam_3_11

Bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib.

 

Nümayəndə heyətində iqtisadiyyat naziri Şahin Mustafayev, kənd təsərrüfatı naziri İnam Kərimov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, “Azərbaycan Dəmir Yolları”, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-lərin  rəhbər şəxsləri və sahibkarlar təmsil olunub.

 

Səfər çərçivəsində hər iki ölkənin rəsmilərinin və sahibkarların iştirakı ilə Dəyirmi Masa keçirilib, Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrinin genişləndirilməsi istiqamətləri müzakirə edilib. İqtisadiyyat naziri Şahin Mustafayev iqtisadi-ticarət əməkdaşlığının inkişafı üçün böyük potensialın olduğunu vurğulayaraq, energetika, sənaye, kənd təsərrüfatı, nəqliyyat, ticarət, turizm, mədəniyyət, İKT, innovasiyalar və digər sahələrdə əlaqələrin inkişafı perspektivlərini diqqətə çatdırıb.

 

Bildirilib ki, ölkələrimiz arasında birgə tədbirlər, biznes forumlar, sərgilər təşkil edilir, qarşılıqlı investisiya qoyuluşları həyata keçirilir. Azərbaycanda ticarət, sənaye, nəqliyyat, xidmət və s. sahələrdə Özbəkistan kapitallı 30-a yaxın şirkət fəaliyyət göstərir. 2018-ci ildə ticarət dövriyyəsi 46,5% artıb. Bununla belə, ticarət dövriyyəsinin artırılması üçün potensial böyükdür. Bu potensialın reallaşdırılması məqsədilə həyata keçiriləcək tədbirlərdən biri kimi 2019-cu ilin ikinci yarısında Özbəkistana ticarət missiyasının təşkili planlaşdırılır.

06.02.2019 12:21

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ