Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

İki nəhəng şirkətin birləşməsinə icazə verilmədi

iç səhifə xəbər başlığı altı (mobil)_31
İki nəhəng şirkətin birləşməsinə icazə verilmədi

Avropa Birliyi, Almaniyanın "Simens" şirkətinin Fransanın "Alstom" şirkətinin dəmir yolu sektorundakı fəaliyyətlərini satın almasını təsdiq etmədi.


 

"Marja" xəbər verir ki, Avropa Birliyi (AB) Komissiyasının Rəqabətdən məsul üzvü Margrethe Vestager, Brüsseldə keçirdiyi mətbuat konfransında, "Simens" və "Alstom"un dəmir yolu sektorundakı fəaliyyətlərini birləşdirmələrinə icazə verilmədiyini açıqlayıb.
 

"Siemens"-"Alstom" birləşməsinin siqnal sistemləri və sürətli qatar sahəsində daha yüksək qiymətlərə səbəb olacağını və innovasiyanı azaldacağını bildirən Vestager, "Qadağan etdiyimiz şirkət birləşməsi ciddi rəqabət qayğısı ortaya qoyur" deyib.


 
Vestager, şirkətlərin sözügedən rəqabət narahatlıqlarını aradan qaldıracaq həll təkliflərinin də olmadığını qeyd edib. 
 

Avropanın qabaqcıl dəmir yolu, qatar və tramvay istehsalçıları olan Almaniyanın "Simens" və Fransanın "Alstom" şirkətləri arasında birləşmək barədə saziş 2017-ci ildə bağlanmışdı. Birləşmə nəticəsində yaranacaq şirkətin illik 15,3 milyard avro dövriyyəyə malik olacağı nəzərdə tutulmuşdu.
 

AB, 2018-ci ilin iyul ayında "Simens"in "Alstom" şirkətinin dəmir yolu sektorundakı fəaliyyətlərini satın almaq cəhdi haqqında istintaq başlatmaq qərarı vermişdi.
 

"Simens" və "Alstom"un dəmir yolu nəqliyyatı sektorunda yüksək sürətli qatar, metro, tramvay kimi nəqliyyat vasitələri və  siqnalizasiya üzrə tenderlərdə rəqib vəziyyətdə olduqları səbəbilə başlanılan istintaq, birləşmənin bu sahələrdə rəqabəti azaldacağı qayğısı ilə açılmışdı.
 

Fransanın köklü dəmir yolu və qatar istehsalçısı "Alstom", sürətli qatar və tramvay istehsalı sahəsində 34 min 500 nəfəri işlə təmin edir. Almaniyanın texnologiya nəhəngi "Simens"in dəmir yolu sektorunda fəaliyyət göstərən "qanadı" "Simens Mobility"nin isə 28 minə yaxın əməkdaşı var.
 

AB-də fəaliyyət göstərən şirkətlərin sektorlarında rəqabətə zidd bir vəziyyət olub olmadığına nəzarət səlahiyyəti AB Komissiyasındadır. Komissiya tədqiqat və araşdırmalar ilə rəqabətə zidd hal olub-olmadığını qiymətləndirir. Rəqabətə zərər verəcək halların aşkar edilməsi halında AB Komissiyası birləşmə və ya satınalmayı mane olur.

07.02.2019 06:55

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ