Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Bakıda mineral gübrələrə dair konfrans keçiriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda mineral gübrələrə dair konfrans keçiriləcək

Martın 14-15-də Bakıda “Argus Mineral Gübrələr 2019. Xəzər-Qara dəniz regionunda istehsal və logistika” konfransı keçiriləcək.

 

Müzakirə olunacaq mövzular sırasında “SOCAR karbamid” zavodunun perspektivləri, Azərbaycanın beynəlxalq gübrə bazarına çıxışı, Qara dəniz və Aralıq dənizi regionlarında ammonyak və karbamid bazarlarının icmalı, Xəzər regionunun gübrə istehsalçılarının ixracının əsas istiqamətləri, yeni yük boşaltma və yükləmə potensialına tələbat, Azərbaycanın kənd təsərrüfatı və sair var.

 

Xəzər regionu və Orta Asiya ölkələrində mineral gübrələrin istehsalı üzrə bu ölkələrin daxili bazarlarının tələbatını məhsul buraxılışına görə üstələyən yeni vasitələrin işə salınması Qara dəniz limanlarında ixrac təkliflərinin həcmini artıracaq. Gürcüstan limanları istiqamətində karbamid və digər növ gübrələrin daşınması üzrə nəzərdə tutulan artım Xəzər-Qara dəniz regionunun nəqliyyat və logistika infrastrukturuna yeni çağırışlar yaradır.

 

Sumqayıtda “SOCAR karbamid” zavodunun işə salınması Azərbaycanın karbamidə olan tələbatını ödəyəcək və istehsalçıya Türkiyə, Ukrayna və Şərqi Avropa ölkələrinin bu məhsul üzrə əsas tədarükçülərindən biri olmağa imkan verəcək. Tədbir çərçivəsində “SOCAR karbamid” zavodunun istehsal ərazisinə səfər təşkil ediləcək

 

Konfrans Azərbaycan, Rusiya, Qazaxıstan, Özbəkistan, Türkmənistan mineral gübrə istehsalçılarını, beynəlxalq ticarət şirkətlərini, Türkiyə, Ukrayna və Şərqi Avropadan olan distribütorları, nəqliyyat-logistika şirkətlərini bir araya gətirəcək.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Azərtac

07.02.2019 08:27

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ