Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

“Nar” Gəncə şəhərində yeni rəsmi mağazasını təqdim etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Nar” Gəncə şəhərində yeni rəsmi mağazasını təqdim etdi

“Nar” paytaxtla yanaşı, digər şəhər və rayonlarda yaşayan sakinlərin rahatlığını və onlara göstərilən xidmət səviyyəsini daha da artırmaq məqsədilə, mağazalarının sayını artırmaqda davam edir.

 

Reklam_3_11

Mobil operator növbəti rəsmi mağazasını Gəncə şəhərində təqdim edib. Yeni konseptə uyğun və müasir avadanlıqlarla təchiz edilmiş mağazada “Nar” sakinlərə müxtəlif təkliflərlə xidmət göstərəcək. Mağazada müştərilərə nömrələr üzərində müxtəlif əməliyyatların həyata keçirilməsi, satışı, internet paketlərinin alışı, telefonların satışı ilə yanaşı, diler əməkdaşları tərəfindən digər yüksəkkeyfiyyətli müştəri xidmətləri göstəriləcək. Qeyd edək ki, yeni dükan Gəncə şəhəri, Vəli  Xuluflu küçəsində (Qafqaz Ticarət Mərkəzində) yerləşir.

 

Mobil operator yeni mağazanın təqdimatı ilə əlaqədar olaraq, 7,8,9 fevralda müştərilərə “Nar” nömrələr hədiyyə verəcək. Bundan başqa, telefon və aksesuar alanlara da hədiyyələr təqdim ediləcək.

 

“Nar” mağazalarının ünvanı və xidmətləri haqqında ətraflı məlumatı nar.az/map internet səhifəsindən öyrənmək olar.

07.02.2019 10:02

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ