Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Gömrükdən şəxsi istifadə məqsədilə gətirilən mallarla bağlı geniş açıqlama

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gömrükdən şəxsi istifadə məqsədilə gətirilən mallarla bağlı geniş açıqlama

Hər bir şəxsin gətirdiyi eynicinsli malların miqdarı nəzərdə tutulan miqdardan - yəni 2 ədəddən artıq olarsa....


 

Bir sıra kütləvi informasiya vasitələrində "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 305 saylı Qərarı ilə bağlı həqiqətə uyğun olmayan, gömrük orqanlarının fəaliyyətinə kölgə düşürəcək şərhlərə imkan yaradan, sensasiya xarakterli məlumatlar yayılıb.

 

Dövlət Gömrük Komitəsi bildirir ki, Nazirlər Kabinetinin 305 saylı qərarı 2013-cü ildə qüvvəyə minməsinə və qüvvəyə mindiyi andan tətbiq edilməsinə baxmayaraq sənəd şərh edilərkən məhdudiyyətlərin yeni olduğuna dair iddialar irəli sürülür. Halbuki bununla bağlı indiyə qədər DGK tərəfindən onlarla açıqlamalar verilib, reklam çarxları hazırlanıb, hətta gömrük xidmətinin jurnalistlər üçün təşkil etdiyi təlimlərdə bu qərardan ayrıca bəhs olunub:

 

"Ən çox müzakirə edilən məsələ isə qeyri-kommersiya, yəni şəxsi istifadə məqsədilə və 305 saylı qərarda nəzərdə tutulandan artıq miqdarda gətirilən mallarla bağlıdır. Belə ki, istər KİV-də, istərsə də sosial şəbəkələrdə bəziləri qanunvericlikdə nəzərdə tutulandan artıq miqdarda gətirilən malların müsadirə ediləcəyini, bəziləri anbara vurulacağını, bəziləri geri qaytarılacağını bildirirlər. Bu məsələ Nazirlər Kabinetinin "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları" haqqında 305 saylı qərarında aydın şəkildə öz əksini tapıb.

 

Qərarın 1.5 bəndində bildirilir ki, fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yəqinləşdirilməklə, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir. Fiziki şəxs özünün və ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün ən azı 2 (iki) ədəd eyni və (və ya) eynicinsli malı bu Qaydaların 2.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş hədlər çərçivəsində güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçirmək hüququna malikdir.

 

Yəni gömrük sərhədinə idxal nəzarəti zonasından daxil olan hər bir şəxsin gətirdiyi eynicinsli malların miqdarı nəzərdə tutulan miqdardan - yəni 2 ədəddən artıq olarsa, həmin şəxsin hansı mütəmadiliklə xaricə səfər etdiyi, hansı malları gətirdiyi müəyyənləşdirilir. Qanunvericilik miqdardan artıq olan malların kommersiya yaxud qeyri-kommersiya məqsədləri üçün gətirildiyini müəyyən etməyi də xüsusi qaydalar əsasında gömrük orqanına həvalə edib.

 

Gətirilən malların dəyəri qanunda nəzərdə tutulandan artıq olduqda isə 305 saylı qərarın 2.2 bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük ərazisinə gətirilən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük dəyəri (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) bu Qaydaların 2.1.2-ci və 2.1.4-cü yarımbəndləri ilə müəyyən edilmiş hədlərdən artıq olduğu halda, ümumi gömrük dəyərindən müvafiq yarımbəndlərdə göstərilən məbləğlər çıxılmaqla, bu malların gömrük rəsmiləşdirilməsi xarici-iqtisadi fəaliyyətin tarif və qeyri-tarif tənzimlənməsinə uyğun gömrük ödənişləri alınmaqla sadələşdirilmiş qaydada həyata keçirilir.

 

Yəni malların şəxsi istifadə məqsədilə gətirildiyi müəyyən edilərsə, 3-cü və daha artıq malların gömrük dəyərinə əsasən hesablanan gömrük ödənişi həyata keçirilir və ya gətirlən 1 və ya 2 ədəd malın dəyəri 1500 ABŞ dollarından çoxdursa, ümumi gömrük dəyərindən 1500 dollar çıxılır və qalan məbləğə görə gömrük ödənişləri həyata keçirilir.

 

Eyni zamanda malların kommersiya məqsədilə gətirildiyi müəyyən edilərsə, həmin mallar akt tərtib edilərək saxlanc anbarına qoyulur və ekspertizanın rəyinə əsasən müvafiq qərar qəbul edilir.

 

Aparılan araşdırma zamanı o da məlum olub ki, 195 qaynar xətti vasitəsilə sualları cavablandıran gömrük əməkdaşı qanunvericiliyin tələblərinə uyğun olaraq bütün detallarla bağlı düzgün və ətraflı izah verib. Lakin gömrük əməkdaşının verdiyi izahı birbaşa eşitməyənlərin yanlış şərh olunmuş məlumatlarla hazırlanan yazını əsas götürərək gömrük orqanlarının fəaliyyəti haqqında ironik çıxışları naşılıq, qeyri-peşəkarlıqdır və yolverilməzdir. Əks halda görünür bu naşılıq və ya qeyri-peşəkarlığı görməməzlikdən gəlmək, gömrük orqanlarının fəaliyyətinə kölgə düşürmək onların şəxsi mənafeələrinə daha uyğundur.

 

Son dövrlərdə Azərbaycanda gömrük işinin səmərəli, müasir standartlara və çağırışlara uyğun, şəffaf və çevik şəkildə həyata keçirilməsi məqsədilə ortaya qoyulan siyasi iradə, istər ölkə rəhbərliyi, istərsə də dünyanın ən mötəbər gömrük mütəxəssiləri tərəfindən təqdirlə qarşılanan və yüksək qiymətləndirilən icra mexanizmi və fəaliyyət var. Lakin dəfələrlə edilən əməkdaşlıq çağırışları və tövsiyələrə baxmayaraq cəmiyyətin intellektual hissəsi hesab edilən, yenilikləri ən tez eşidən və tətbiq edən jurnalistlərin gömrük sahəsində görülən işlərə etinasız yanaşması, şəxsi mövqedən və mənafedən çıxış etməsi ən azı təəssüf doğurur".


 

“Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları“nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 saylı qərarına əsasən, fiziki şəxslərin şəxsi istifadə məqsədilə ölkəyə gətirmək hüququ olan malların siyahısın təqdim edirik:


SİYAHI 

 

 1. səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan şəxsi əşyalar;

 

 2. Azərbaycan Respublikasının gömrük ərazisinə hər təqvim ayı ərzində bir dəfə gətirilən ümumi gömrük dəyəri 1500 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan mallar; 

 

3. bu qaydaların  12-ci yarımbəndində göstərilən məhdudiyyət nəzərə alınmaqla, gömrük ərazisindən aparılan mallar;

 

4. beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 (otuz) gün müddətində ümumi gömrük dəyəri 1000 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan gömrük ərazisinə gətirilən mallar;

 

5. bu qaydaların  12-ci yarımbəndində göstərilən məhdudiyyət nəzərə alınmaqla, beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə gömrük ərazisindən göndərilən mallar;

 

 6. avtomobilin konstruksiyasında nəzərdə tutulmuş yanacaq bakının tutumu həcmində yanacaq;

 

 7. Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməyən dərman vasitələri də daxil olmaqla, şəxsi istifadə üçün zəruri olan miqdarda dərman vasitələri;

 

 8. müvəqqəti qalma müddətində, istehsal və kommersiya məqsədləri üçün idxal olunmuş istənilən mal istisna olmaqla, mədəniyyət, turizm, idman, peşəkar görüşlər, səhiyyə, tədris və sair məqsədlərlə səyahətin bütün şərtləri nəzərə alınmaqla, səyahət boyu xarici səyahətçinin şəxsi istifadəsi üçün bu Qaydaların  2-ci yarımbəndi ilə müəyyən edilmiş hədlərdən artıq müvəqqəti keçirilən mallar;

 

 9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada açılmış vərəsəlik hüququ əsasında əldə edilmiş əşyalar (müvafiq təsdiqedici sənəd təqdim edilməklə);

 

 10. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 188.1.1-ci maddəsi ilə müəyyən olunmuş aksiz vergisindən azadolmalar nəzərə alınmaqla, hər təqvim ayı ərzində bir dəfə 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün gömrük ərazisinə gətirilən 1,5 litr alkoqollu içki, 200 ədəd siqaret və 20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almaz;

 

 11. hər təqvim ayı ərzində bir dəfə gömrük ərazisinə gətirilən 30 kiloqrama qədər müxtəlif növ ərzaq məhsulları;

 

 12. hər təqvim ayı ərzində bir dəfə gömrük ərazisindən aparılan 5 kiloqrama qədər nərə cinsli balıq və 125 qrama qədər nərə cinsli balıq kürüsü;

 

 13. əcnəbi əməkçi miqrant Azərbaycan Respublikasında, Azərbaycan Respublikasının vətəndaşı olan əməkçi miqrant xarici ölkədə əmək fəaliyyətinə başlamaq və əmək fəaliyyətini başa vurduqdan sonra qayıtmaq üçün gömrük sərhədini keçərkən onun şəxsi əşyaları, məişət avadanlıqları, əmək fəaliyyəti üçün zəruri olan alətlər.

 

2.1-1. Bu qaydaların  2-ci və  10 -  12-ci yarımbəndlərində nəzərdə tutulan müddətlə bağlı məhdudiyyətlər hava nəqliyyatı vasitəsilə gömrük sərhədindən keçirilən müşayiət olunan baqaja şamil edilmir.

 

2.1-2. Bu qaydaların  2-ci,  10-cu və  11-ci yarımbəndlərində nəzərdə tutulan malların güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük ərazisinə gətirilməsi üçün həmin malların ümumi gömrük dəyəri bu qaydaların  2-ci yarımbəndi ilə müəyyən edilmiş hədlərdən artıq olmamalıdır. Əks halda, bu qaydaların 2.2-ci bəndi tətbiq edilir.

07.02.2019 12:38

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ