ADA Universiteti orta ixtisas üzrə də kadr hazırlayacaq
Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetinin Nizamnaməsində dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Dəyişikliklə ADA Universiteti həm də orta ixtisas təhsili üzrə kadr hazırlığını, orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan dövlət ali təhsil müəssisəsi hesab olunacaq.
Universitetin tərkibinə institutlarla yanaşı, kolleclər daxil edilir.
Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri üç ay müddətinə həll etmək tapşırılıb.
“ADA” Universitetinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 yanvar tarixli 216 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “ADA” Universitetinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 yanvar tarixli 216 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 1, maddə 29) 1-ci hissəsinə “səviyyələri” sözündən sonra “və orta ixtisas təhsili” sözləri, ikinci halda “ali” sözündən sonra “, orta ixtisas” sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 23 d. əvvəl
- 54 d. əvvəl
- 59 d. əvvəl
-
5 saat əvvəl
ABŞ iqtisadiyyatı birinci rübdə proqnozdan aşağı böyüyüb - BAZARLARDA NARAHATLIQ ARTIB
-
5 saat əvvəl
Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan İntel zərər açıqlayıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
-
5 saat əvvəl
BOKT “Falcon Finance” böyüyüb, xalis mənfəəti 15 dəfəyə yaxın artıb
- 15 saat əvvəl
-
16 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 16 saat əvvəl