Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Qlobal bazarlarda qeyri-müəyyənlik - QİYMƏTLƏR DÜŞÜR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qlobal bazarlarda qeyri-müəyyənlik - QİYMƏTLƏR DÜŞÜR

ABŞ Birjaları Ağ Evin İqtisadi müşaviri Larry Kudlow "Fox Business"a verdiyi müsahibəsində, Çin ilə ticarət razılaşmasına dair qeyri-müəyyənlik və yekun razılaşma üçün hələ çox məsafə olduğunu qeyd edib. Bu açıqlama ticarət müqaviləsinin 1 Martda olmayacağı ehtimalını gücləndirib.  


Həmçinin ABŞ Prezidenti Donald Tramp, Çin məhsullarına gömrük rüsumlarının artırılacağı 1 Mart tarixindən əvvəl Çin Prezidenti Xi Jinping ilə görüşməyəcəyini bildirib. Bu açıqlama ticarət danışıqlarında razılığın olmayacağına dair qorxuları artırıb. 

 

Razılaşma olmasa, ABŞ 1 Martdan Çin məhsullarına  gömrük rüsumlarını 25 faiz artıracaq.

 

Artıq indekslərdə satış başlayıb.

  
"Dow Jones" İndeksi 220,77 bənd geriləyərək 25169,53 bəndə, "Standard&Poors (S&P) 500" İndeksi 25,56 bənd azalma ilə 2706,05 bəndə, Nasdaq Texnologiya İndeksi isə 86,93 bənd geriləyərək 7288,35 bəndə düşüb.

 

Həmçinin ticarət razılaşmasına dair qeyri-müəyyənlik ilə neft qiymətləri düşüb. 

 

Yeni gömrük vergiləri qüvvəyə minmədən ABŞ və Çinin razılaşmayacağına dair narahatlıqların təsiri ilə Asiya səhmlərində 2 ayın ən kəskin ucuzlaşması baş verib.

 

Əgər ABŞ və Çin bir-birlərinə qarşı gömrük rüsumlarını artırmaqda davam etsələr qlobal iqtisadiyyat ləngiyə bilər. Belə olan halda neftə təlabat azalacaq və qiymətlər daha da düşəcəkdir.

08.02.2019 07:42

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ