Uğurlu karyera qurmaq istəyənlərə müjdə!
(®) Azərbaycanda beynəlxalq akkreditasiyalı ilk mütəxəssis hazırlıq mərkəzi “Kulane” MHM sənaye sektoru üçün SƏTƏM və yük qaldırma (rigging) mütəxəssisi istiqamətləri üzrə tədris proqramlarına qəbul elan edir.
İxtisaslardan asılı olmayaraq bütün tələbələrə ingilis dili, ixtisasa uyğun komputer proqramları, yerli və beynəlxalq qanunvericilik, peşə psixologioyası və ilkin SƏTƏM dərsləri keçiriləcək.
Proqram nəzəri biliklərlə yanaşı, tələbələrin 6 aylıq tədris müddəti boyunca praktiki təlimlərə qatılmasına və sonda beynəlxalq sertifikatla (İOSH, NVQ Level 2 və 3) təmin olunması məqsədilə qurulmuşdur. Proqrama qəbul olmaq tam orta təhsilli, öyrənmək qabilliyyətli və peşə sahələrinə həvəsli istənilən şəxslər üçün mümkündür. Burada təlim və tapşırıqları yerinə yetirməyə kömək üçün təlimçi ayrılacaq, təyin olunmuş heyyət tərəfindən iş yerində müşahidə aparılacaq və qiymətləndiriləcək.
Mərkəzin təqdim etdiyi “Sağlamlıq və Əməyin Təhlükəsizliyi” və yükqaldırma (rigging) ixtisası üzrə peşə təhsili proqramının tədris olunması 6-12-24 ay müddətində nəzərdə tutulmuşdur. İlkin təhsil 6 ay nəzərdə tutulmuşdur.
Proqramı uğurla bitirən məzunlar Beynəlxalq “Rigging and Lifting” istiqaməti üzrə uyğun olaraq “LEEA” səviyyə 3 beynəlxalq sertifikatı əldə etmiş olacaqlar.
Arzu edənlər 6 aydan sonra çalışacaqları iş yerlərinin olduğu təqdirdə öz təhsillərini davam etdirə bilərlər. Növbəti 6 ay ərzində verilən tapşırıqları yerinə yetirəcək və həftədə 1 dəfə mərkəzə gələrək gördükləri işi qiymətləndirilməsi üçün təqdim edəcəklər. Nəticədə daha yüksək texniki biliklər əldə edəcək və çalışdıqları təşkilatda daha lazımlı kadra çevriləcəklər. Tədris ilini müvəffəqiyyətlə başa vurmuş məzunlar beynəlxalq “NVQ” səviyyələrində üçüncünü əldə edəcəklər. 24 aylıq proqramda isə 12 ay texniki təlimdə iştirak etmiş və müvəffəqiyyət qazanmış məzunlar iştirak edəcəklər. Bu təhsil proqramında daha çox mühəndislik hesablamaları ilə bağlı olan çalışmalar yerinə yetiriləcək. Bu zaman yüksək peşə təhsili ilə yanaşı beynəlxalq “NVQ” səviyyələrindən müvafiq olaraq 4 və ya 5-ci pilləni əldə etmiş olacaqlar.
Qeyd edək ki, mərkəzi bitirən məzunların sənaye təşkilatlarında müvafiq ixtisaslara uyğun iş tapmalarına köməklik göstəriləcək, mərkəzin dövlət və özəl şirkətlərlə olan münasibətlərindən yararlanacaqlar.
Nə üçün “KULANE” Mütəxəssis Hazırlıq Mərkəzi?
-Real iş mühitini öyrənmə;
-Peşə biliklərinə və bacarıqlarına yiyələnmə;
-İşəgötürənlərlə olan geniş əlaqələrdən yararlanma;
-Sənaye təcrübəli peşəkar müəllimlərdən dərs alma;
-Davamlı inkişaf imkanları və s. üstünlüklərdən yararlanacaqsınız.
Ünvan:
Bakı şəhəri, Sabunçu rayonu, Ruhulla Axundov küçəsi 16
Telefon: (012) 480 10 80
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 11 saat əvvəl
-
13 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 14 saat əvvəl
-
14 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
14 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
14 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
15 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 15 saat əvvəl