Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Qlobal iqtisadiyyat üçün ən böyük 3 təhdid açıqlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qlobal iqtisadiyyat üçün ən böyük 3 təhdid açıqlanıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Qlobal iqtisadiyyat üzərində quru buludlar toplaşır, növbəti fırtınanın əvvəlki böhran qədər ziyanlı olacağından narahatlıq edilir. 

 

"Marja" xəbər verir ki, "Deutsche Bank Securities"in baş İqtisadçısı Peter Hooper bir hesabatında qlobal iqtisadiyyata ən böyük 3 təhdidi açıqlayıb. 

 

Hooper, ABŞ - Çin arasındakı ticarət gərginliyinin, ticarət razılaşması olmadan Brexit-in və Çin iqtisadiyyatında sərt yavaşlamanın 3 böyük makro risk olduğunu qeyd edib. 

 

Hooper, 3 mövzuda da ən pis ssenarinin reallaşması vəziyyətində dünya iqtisadiyyatının 10 il əvvəlki kimi böyük durğunluqla qarşı-qarşıya qala biləcəyi barədə xəbərdarlıq edib.

 

ABŞ - Çin ticarət anlaşılmazlığı artsa ABŞ-ın durğunluğa girə biləcəyini qeyd edən iqtisadçı, "belə bir hadisə qlobal iqtisadiyyatın 2 ildə 1%-dən çox düşməsinə səbəb olar", - deyib.

 

Mütəxəssis, Çin iqtisadiyyatında sərt enişin də digər bir təhdid olaraq önə çıxdığını, bunun da qlobal iqisadi artıma mənfi təsir edəcəyini deyib.

 

Hooper "Müqaviləsiz Brexit də Avropadakı iqtisadi fəaliyyət üçün çox zərərli olacaqdır. Bu şok İtalyanın borc böhranına da təkan verərsə- bu ciddi bir ehtimaldır- Avropa və qlobal iqtisadiyyat üzərindəki mənfi təsiri də iki misli olar" ifadələrini istifadə edib.

 

Mütəxəssis, bu 3 ssenarinin eyni anda reallaşmasının çox aşağı bir ehtimal olduğunu, ancaq təmkinli olmaq lazım olduğuna diqqət çəkib.

09.02.2019 16:01

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ