Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Uber" Azərbaycan üçün yeni tədbiq yaradıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Uber" Azərbaycan üçün yeni tədbiq yaradıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda yeni "Uber Azerbaijan" tətbiqi (roqramı) istifadəyə verilib.


"Uber"in mətbuat xidmətindən Svetlana Voronina "Marja"ya bildirib ki, bu tədbiq, istifadəçilərin təkliflərini və bazar təlabatlarını nəzərə alaraq hazırlanmışdır. Məsələn, zəif internet bağlantısı zamanı daha sürətli işləyir, bir gedişdə isə bir neçə ünvan qeyd etmək mümkündür. Tədbiq artıq iPhoneAndroid cıhazları üçün üçün mövcuddur. Yeni istifadəçilər 25 fevral tarixinədək, hər bir gediş üçün 30%-dək endirim əldə edəcəklər.

 
Uber Azerbaijan tədbiqi rastr əvəzinə vektor xəritələrindən istifadə edir, bu isə zəif internet bağlantısı zamanı tətbiqin daha surətli işləməsinə səbəb olur və cihazın yaddaşında əvvəlkinə nisbətən üç dəfə az yer tutur. Bundan əlavə, yeni tədbiqdə əvvəlki versiyada olmayan funksiyalar əlavə olunub. Uber Azerbaijan tətbiqi sifariş üçün müştərinin yaxınlığında yerləşən daha əlverişli nöqtələri tövsiyə edə bilir. Həmçinin yeni tətbiq daxilində siz sürücüyə bəxşiş verə bilərsiniz - bu məbləğ səfərin sonunda kartdan avtomatik tutulacaq.

 
"Uber Azerbaijan mobil tətbiqində, istifadəçilərin istəklərinə uyğun olaraq, əlavə etdiyimiz yeni xüsusiyyətlərdən biri – dayanacaqlı marşrutlardır. Məsələn, dostları yolüstü ötürmək və ya marketə ziyarət etmək üçün bu imkan faydalı olacaq. Həmin ünvanları tədbiqdə qeyd etdiyiniz zaman, sistem sizin marşrutu təyin edir və dayanacaqları nəzərə alaraq qiymət hesablayır", – Uber-in Azərbaycan üzrə regional direktoru Ataman İnce bildirib.

 
Xüsusi olaraq yeni tədbiqinin yaradılması səbəbi ilə "Uber Azerbaijan" vasitəsi ilə yerinə yetirilən bütün gedişlər endirimli olacaq. Endirim dəyəri, 1 AZN-dən çox olmamaq şərti ilə, 30%-ə kimi təşkil edə bilər və istifadəçi marşrutun son nöqtəsini göstərdikdə, avtomatik olaraq tətbiq olunacaqdır. Təklif 11.02.2019 tarixindən 25.02.2019 tarixinədək keçərlidir. Qeyd edək ki, endirimlər sürücülərin mənfəətinə təsir göstərməyəcək – xidmət şirkətin tərəfindən səfərin tam dəyərinə əsasən kompensə edilir.

 
Bir müddət sonra əvvəlki "Uber" proqramı Azərbaycanda fəaliyyətini dayandıracaq – o yalnız xaricdə istifadə edilə biləcəkdir. Uber Azerbaijan tətbiqinə keçid asan və şəffaf olacaqdır. Qeydiyyatdan keçərkən, müştərinin öncədən Uber hesabına bağlı olan nömrəsini qeyd etmək kifayətdir – gedişlərin tarixçəsi, seçilmiş ünvanlar, tədbiqə əlavə olunmuş ödəmə kartları və sifariş hesabatları üçün e-poçt ünvanı, yeni Uber Azerbaijan tətbiqində avtomatik olaraq görünəcək.

 

Proqramı: iPhoneAndroid  

11.02.2019 06:09

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ