Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Çində Bahar Bayramında rekord turizm gəliri əldə edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Çində Bahar Bayramında rekord turizm gəliri əldə edilib

Çin Mədəniyyət və Turizm Nazirliyi, bir həftəlik Bahar Bayramı tətilində 513,9 milyard yuan (təxminən 76,21 milyard dollar) turizm gəliri əldə edildiyini açıqlayıb.

 

"Marja" xəbər verir ki, Nazirliyin açıqlamasında, Bahar Bayramı üçün verilən bir həftəlik tətildə turizm gəlirlərinin keçən ilə nisbətlə 8,2% artdığı qeyd edilib. 

 

Xalq tətil zamanı ictimai nəqliyyata üstünlük verib. Ölkədə tətil müddətində 415 milyon şəhərlərarası reys həyata keçirilib, təxminən 76 milyard 210 milyon dollar turizm gəliri əldə edilib. 

 

Tətildə xalqın 40%-nin muzeyləri ziyarət etdiyinə diqqət çəkilib.  

 

Keçən il Bahar Bayramı tətilində 475 milyard yuan (təxminən 70 milyard dollar) turizm gəliri əldə edilmişdi.

 

Çində 12 heyvanlı təqvimə görə 5 Fevralda Donuz İlinə girilib. Yeni il və Bahar Bayramı üçün bir həftəlik rəsmi tətil elan edilən ölkədə dünyanın ən böyük şəhərlərarası səfər sıxlığı yaşanır.

11.02.2019 06:35

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ