Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

OPEC-in hasilatı yanvarda azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
OPEC-in hasilatı yanvarda azalıb

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) gündəlik xam neft hasilatı yanvar ayında ötən ilin dekabr ayına nisbətən gündəlik 797 min barel azalaraq 30 milyon 810 min barelə düşüb.
 

"Marja" xəbər verir ki, OPEC-in yanvar ayının göstəricilərinə dair neft bazarı hesabatına görə, yanvarda qlobal neft hasilatı əvvəlki ayla müqayisədə gündəlik 1,03 milyon barel azalaraq təxminən 99 milyon 320 min barel olub.
 

Reklam_3_11

Yanvarda OPEC-ə üzv olmayan ölkələrdə neft hasilatı gündəlik 230 min barel azalaraq 68 milyon 520 min barelə düşüb.
 

OPEC-in xam neft hasilatı yanvarda ötən ilin dekabr ayına nisbətən 797 min barel azalaraq 30 milyon 810 min barel olub. Beləliklə, OPEC-in yanvarda qlobal neft hasilatındakı payı əvvəlki aya nisbətən 0,5 faiz azalaraq 31 faiz səviyyəsinə enib.
 

Keçən ay OPEC daxilində gündəlik xam neft hasilatını ən çox artıran ölkələr öz növbəsində Nigeriya və Ekvatorial-Qvineya olub.
 

Nigeriyada gündəlik hasilat 52 min barel artımla 1 milyon 792 min barelə yüksəlib. Ekvatorial Qvineya da gündəlik xam neft hasilatını 8 min barel artıraraq 117 min barelə yüksəldib.
 
OPEC daxilində Yanvarda gündəlik neft istehsalında ən böyük azalma Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Küveytdə baş verib. Səudiyyə Ərəbistanında gündəlik hasilatı 350 min barel azalaraq 10 milyon 213 min barelə enib.
 

Birləşmiş Ərəb Əmirliklərində gündəlik neft hasilatı 146 min barel geriləyərək 3 milyon 78 min barelə, Küveytdə isə 90 min barel azalaraq 2 milyon 710 min barelə enib.
 

QLOBAL NEFT TƏLƏBİ
 

OPEC-in proqnozuna görə, bu il qlobal neft tələbi ötən illə müqayisədə 50 min barel azalma ilə  gündəlik 100 milyon barel təşkil edəcək.
 

OPEC ölkələrinin 2019-dakı gündəlik xam neft tələbinin isə 30 milyon 600 min barel olması gözlənilir.

12.02.2019 14:01

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ