Azərbaycana milyardlar gətirən yataqlardan hasilat cüzi azalıb
Azəri-Çıraq-Günəşlidən (AÇG) hasilat cüzi azalıb.
"BP-Azərbaycan" şirkətindən "Marja"ya daxil olmuş məlumata görə, 2018-ci ildə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. İl üçün AÇG-dən ümumi hasilat – Çıraq (46 000), Mərkəzi Azəri (154 000), Qərbi Azəri (126 000), Şərqi Azəri (97 000), Dərinsulu Günəşli (105 000) və Qərbi Çıraq (57 000) platformalarından birlikdə – gündə orta hesabla 584 000 barel və ya ümumilikdə təqribən 213 milyon barel, yəni təxminən 29 milyon ton olub.
2017-ci ildə Azəri-Çıraq-Günəşlidən (AÇG) stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. İl üçün AÇG-dən ümumi hasilat – Çıraq (51 000), Mərkəzi Azəri (137 000), Qərbi Azəri (124 000), Şərqi Azəri (82 000), Dərinsulu Günəşli (117 000) və Qərbi Çıraq (77 000) platformalarından birlikdə – gündə orta hesabla 588 000 barel və ya ümumilikdə təqribən 215 milyon barel, yəni 29 milyon ton təşkil etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 d. əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
- 11 d. əvvəl
- 32 d. əvvəl
- 35 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
6 saat əvvəl
ABŞ iqtisadiyyatı birinci rübdə proqnozdan aşağı böyüyüb - BAZARLARDA NARAHATLIQ ARTIB
-
6 saat əvvəl
Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan İntel zərər açıqlayıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir