Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Azərbaycanın bu şirkətləri Təl-Əvivdə sərgidə iştirak edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın bu şirkətləri Təl-Əvivdə sərgidə iştirak edir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Təl-Əviv şəhərində təşkil olunan “Beynəlxalq Aralıq dənizi Turizm Bazarı” (IMTM 2019) sərgisində ölkəmizi Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun nümayəndə heyəti təmsil edir.

 

Reklam_3_11

Dövlət Turizm Agentliyindən  bildirilib ki, Azərbaycan Hava Yolları, Bakı Turizm İnformasiya Mərkəzi, “Silk Way Travel”, “Improtex Travel”, “Paşa Travel”, “Falcon Luxury Travel”, “Geo Travel”, “Khazar Travel”, “Millenium Travel”, “Absheron Hotel Group”, “Pullman”, “Fairmont” kimi turizm şirkətləri və otellərin qatıldığı sərgidə ümumilikdə 16 təşkilat iştirak edir.

 

Artıq 25 ildir ki, təşkil olunan sərgidə 86 kvadratmetrlik sahədə ölkəmizin turizm imkanları tanıdılır, İsrail və region ölkələri ilə tərəfdaşlıq əlaqələri müzakirə olunur.

 

Sərginin ilk günündə Ermənistan stendində işğal altında olan torpaqlarımızın turizm potensialı ilə bağlı təbliğat vasitələrinin paylanmasına etiraz olaraq təşkilatçılara müraciət olunub. Təşkilatçıların qəti tələbi ilə stenddən Dağlıq Qarabağı ayrıca subyekt kimi təqdim edən təxribat mahiyyətli materiallar yığışdırılıb və Ermənistana xəbərdarlıq olunub.

 

Məlumat üçün bildirək ki, son illər Azərbaycana maraq göstərən ölkələr arasında İsrail xüsusilə seçilir. Belə ki, 2017-ci illə müqayisədə ötən il İsraildən Azərbaycana gələn səyahətçilərin sayında 161 faiz artım (40 min səyahətçi) olub.

13.02.2019 13:32

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ