Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Südü bizə sata bilərsiniz" - İRİ ŞİRKƏTDƏN FERMERLƏRƏ MÜRACİƏT

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Südü bizə sata bilərsiniz" - İRİ ŞİRKƏTDƏN FERMERLƏRƏ MÜRACİƏT
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Fermerlər əllərində olan südü bizə sata bilərlər. Bunun üçün  fermerlərin Səba-nın Biləsuvarda yerləşən südçülük müəssisəsinə müraciət etmələri kifayətdir” – Səba şirkətinin ictimaiyyətlə əlaqələr bölməsi belə məlumat yayıb. 

 

Şirkətdən bildirilib ki, son zaman bazarda yaranmış mövsümi süd çoxluğu fermerlərin məhsullarının əllərində qalmasına səbəb olub. Yalnız təbii süddən istifadə edən və istehsal həcmini artıran şirkət fermerlərdən xam südü onlar üçün sərfəli qiymətə alır. Bunun üçün Fermerlər südü Səba-ya təhvil vermək üçün 0502458897 nömrəli telefona zəng edə bilərlər.

 

“Səba şirkəti bir neçə ildir ki, Rusiya bazarına quru süd ixrac edir. Bu il artıq Gürcüstan da bizim məhsulun alıcısı olub. İrandan quru süd sifarişi almışıq. Hazırda xam südə ehtiyacımızı ödəməklə yanaşı, bizim xammal mənbəyimiz olan fermerlərin öz məhsullarını reallaşdıra bilmələrinə və ayaq üstə qalmalarına çalışırıq” – Səba-dan bildirilib.

 

Şirkətdən məhsul almaq istəyini “Aqrar Tədarük və Təchizat” ASC də bildirib və hələ satış olmasa da, bu barədə müqavilə imzalanıb. 

 

Səba-nın süd zavodu günlük 200 ton süd qəbul və emal etmək gücünə malikdir. Müəssisədə yağ, qatıq, xama, qaymaq, ayran, dovğa, pendir, kəsmik, quru süd kimi məhsullar istehsal olunur.

 

Qeyd etmək lazımdır ki, Səba brendi Azərbaycanda süd məhsulları halallıq sertifikatı almış yeganə markadır. Müəssisənin süd məsulları GİMDES Halal Sertifikatı ilə təltif edilib.

 

Səba bütün süd məmulatlarını şüşə qablaşmada buraxan ilk yerli brend kimi Azərbaycanda sağlam qablaşdırma ənənəsinin əsasını qoyub. 

 

Səba süd məhsulları içərisində kərə yağı xüsusi tələb olunan məhsuldur. Nehrə üsulu ilə, südün qaymağından yığılan 82.5% kərə yağı tərkibli Səba yağı təbiiliyi, keyfiyyəti və istehsal standartı ilə Almaniya və Hollandiyanın premium kərə yağı brendləri ilə rəqabət qabiliyyətinə malikdir. Səba-nın fermerlərdən topladığı südün keyfiyyətinə verdiyi tələbin səbəblərindən başlıcası da həmin süddən hazırlanan yağın tərkibinin yüksək dərəcədə təmizliyidir. 

14.02.2019 17:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ