Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“Mən deyirəm ki, ödənilə bilməz, amma Fond bunu edir”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Mən deyirəm ki, ödənilə bilməz, amma Fond bunu edir”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 Bakıda ləğv prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin növbəti iclası başlayıb.

 

Reklam_3_11

İclas Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanında, Fondun icraçı direktorunun müavini Vüqar Abdullayevin iştirakı ilə keçirilir.

 

İclası Komitənin sədri, hüquqşünas Əkrəm Həsənov açıq elan edib. O, ilk növbədə, V.Abdullayevin vergilər nazirinin keçmiş müşaviri Habil Məmmədovu özünə müşavir təyin etməsi barədə danışıb və bu təyinatdan narazı olduğunu ifadə edib: “Məndə olan məlumata görə, hazırda onun işi problemli kreditlərin geri qaytarılmasıdır. Vergilər Nazirliyində işləyəndə o adamın otağının adı "dinmə, ver" olub. Bu adama burada necə vəzifə verilib?”

 

Daha sonra Əkrəm Həsənov ləğvedicinin bəzi qaydaları pozduğunu deyib: “Mən deyirəm ki, müflis olmuş bankın ləğv edilməsinə görə əmək haqqı ödənilə bilməz, amma Fond bunu edir”.

 

Daha sonra kreditorlar qarşısında çıxış edən V.Abdullayev H.Məmmədovla bağlı deyilənlərə münasibət bildirməyib, sadəcə, deyib ki, “Bank Standard” qarşısında borc öhdəliyi olanlar indiyə qədər 90 milyon manat ödəniş ediblər. Bundan başqa, 60 milyon manatlıq əmlak Bankın balansına keçirilib.

 

XXX

 

Ləğv prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin növbəti iclası iyunun 11-də keçiriləcək.

 

Bununla bağlı qərar bugünkü iclasda qəbul edilib.

 

Bundan başqa, kreditorlar Bankdakı son vəziyyətlə əlaqədar bir daha dövlət başçısına, eləcə də bu günlərdə Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilmiş Zahid Oruca müraciət etməyə qərar veriblər. Bununla da iclas başa çatıb. 

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

14.02.2019 13:35

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ