Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

1 ton pomidor 1032 dollar valyuta gətirib

iç səhifə xəbər başlığı altı (mobil)_31
1 ton pomidor 1032 dollar valyuta gətirib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan 2018-ci ildə 177 milyon 381 min dollar dəyərində pomidor ixrac edib. Bu barədə  hökumətdən məlumat verilib.

 

"2018-ci ildə Azərbaycan 177 milyon 381 min dollar dəyərində 171 min 921 ton pomidor ixrac edib. 2017-ci illə müqayisədə ixracın həcmi miqdar ifadəsində 19,4%, dəyər ifadəsində 17% artıb", - deyə məlumatda bildirilir.

 

1 ton pomidor ölkəyə 1032 dollar valyutanın daxil olmasını təmin edib.

 

Hesabat ilində pomidorun əsas idxalçısı Rusiya olub. Belə ki, 2018-ci ildə bu ölkəyə 176 milyon 263 min dollar dəyərində 170 min 315 ton (bütün ixracın 99,06%-i) pomidor ixrac olunub. 2017-ci illə müqayisədə ixracın həcmi miqdar ifadəsində 11,2%, dəyər ifadəsində 16,5% artıb.

 

2017-ci ildə Azərbaycan 151,6 milyon dəyərində pomidor ixrac edib, pomidorların əsas həcmi Rusiyaya tədarük olunub. 

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© “İnterfaks-Azərbaycan” 

15.02.2019 06:16

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ