Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Mesajlaşma proqramının dəyəri 24 milyard dollar olacaq - YENİ İPO

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mesajlaşma proqramının dəyəri 24 milyard dollar olacaq - YENİ İPO

Mobil mesajlaşma proqramı Snapchat-ın sahibi Snap adlı şirkətin səhmlərinin ilkin kütləvi satışı (IPO) çərşənbə günü Nyu-York Birjasında baş tutacaq.

 

 
"Marja" xəbər verir ki, səhmlərinin 17 dollardan investorlara təqdim edilməsi gözlənilən şirkətin ümumi bazar dəyərinin təxminən 24 milyard dollar olacağı güman edilir.


 
Sosial media şirkəti Snap-ın sözügedən IPO-dan təxminən 3 milyard dollar əldə etməyi qarşısına məqsəd qoyduğu bildirilir.


 
Mütəxəssislər, Snapchat-in artan zərərinə işarə edərək, IPO sayəsində şirkətin maliyyə ehtiyatlarını artırmağı qarşısına məqsəd qoyduğunu vurğulayırlar. Snap şirkəti 2015-ci ildə 372,9 milyon dollar zərər edərkən, bu məbləğ ötən il 514,6 milyon dollara qalxmışdı.


 
ABŞ-da sonuncu dəfə IPO keçirən sosial media şirkəti Twitter, Nyu-York Birjasına ilk İPO günü - 7 Noyabr 2013-cü il tarixində 1,8 milyard dollar gəlir əldə edərkən, şirkətin gün sonunda bazar dəyəri təxminən 24 milyard dollar olmuşdu.


 
Tarixdəki ən böyük IPO, Çinin e-ticarət nəhəngi Alibaba-nın 19 Sentyabr 2014-cü ildə Nyu-York Birjasında İPO-su olub. Həmin günə səhminin qiyməti 68 dollardan başlayaraq günü təxminən 94 dollardan bağlayan Alibaba, IPO-sundan 25 milyard dollar əldə etmişdi. Gün sonunda şirkətin bazar dəyəri 231 milyard dollar olmuşdu.

02.03.2017 06:36

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ