Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Yeni vergi yanaşması haqsız rəqabətin qarşısını alacaq”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Yeni vergi yanaşması haqsız rəqabətin qarşısını alacaq”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Uçot sisteminin gizlədilməsi bazarın qeyri-sabitliyinə, neqativ hallara münbit şərait yaradırdı. Bu problemin həlliistiqamətində ciddi irəliləyiş əldə edilsə də biz səylərimizi davam etdirəcəyik".

 

Reklam_3_11

Bunu Bakıda keçirilən "Vergilər, Şəffaflıq, İnkişaf" Forumunda çıxış edən vergilər naziri Mikayıl Cabbarov deyib.

 

M.Cabbarovun sözlərinə görə, ötən illərdə uçot sisteminin bərpası üçün sahibkarlara vaxt verilib. Bununla bağlı, bir sıra sahibkarlara qarşı vergi qanunvericiliyi çərçivəsində mübarizə aparılıb:"Artıq hamı anladı ki, bulanıq suda balıq tutmaq zamanı bitib".

 

Nazir qeyd edib ki, yenivergi yanaşması haqsız rəqabətin qarşısını alacaq: "Vergi sistemində islahatların aparılması zamanı Vergilər Nazirliyinin qarşısında iki mühüm ssenari var idi. Birincisi, vergi yükünün artırılması yolu ilə gedərək daxilolmaları artırmaq, ikincisi isə vergi yükünü azaltmaqla kölgəyə çəkilmiş bütün biznes strukturlarını, vergi ödəyicilərini geniş və bərabərhüquqlu vergi ödəməyə cəlb etmək idi. Azərbaycan hökuməti ikinci yolu seçdi".

 

2018-ci ildə səyyar yoxlamalar fəal vergi ödəyicilərinin yalnız 0,4%-ni əhatə edib

 

Mikayıl Cabbarov deyib ki, Vergilər Nazirliyi 2019-cu ildə vergi auditi sistemini inkişaf etdirməyi planlaşdırır:

 

"Ötən il Azərbaycanda vergi yoxlamalarının sayı əhəmiyyətli dərəcədə azalıb. Bu, fəal vergi ödəyicilərində aparılan səyyar yoxlamalarda da öz əksini tapıb. 2018-ci ildə hər min fəal vergi ödəyicisindən 4-də səyyar yoxlamalar aparılıb ki, bu da cəmi 0,4% təşkil edir".


Nazirin sözlərinə görə, nazirlik vergi auditinin inkişafı istiqamətində işləri davam etdirəcək və yoxlamalar zamanı ən yeni texnologiyalar tətbiq olunacaq.

 

"Bütövlükdə, 2019-cu ildə Vergilər Nazirliyi biznes və vergi orqanları arasında münasibətlərin yaxşılaşdırılması və şəffaflığın artırılması istiqamətində işi davam etdirəcək”,  

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report, İnterfaks-Azərbaycan

18.02.2019 08:18

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ