Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Nazir: "Çörəyin qiymətində dəyişiklik gözlənilmir"

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nazir: "Çörəyin qiymətində dəyişiklik gözlənilmir"

“İdxalda və daxili istehsalda payı 35%-dən yuxarı olan idxalçı və istehsalçıların hamısı nəzarətdədir və onlar qiymətləri dövlətin razılığı olmadan dəyişə bilməz”.

 

Reklam_3_11

Bunu jurnalistlərə iqtisadiyyat naziri Şahin Mustafayev çörəyin qiymətinin artması ilə bağlı iddialara münasibət bildirərkən deyib.

 

Nazir əlavə edib ki, bu baxımdan süni qiymət artımına yol verilmir:

 

“Elə sahələr var ki, burada hökmran mövqeyə malik idxalçılar və istehsalçılar yoxdur. Belə olan hallarda bazar qiymətləri tənzimləyir. Konkret olaraq çörəklə bağlı danışsaq, bilirsiniz ki, Azərbaycan buğdanın bir hissəsini idxal edir. İdxal etdiyimiz ölkələrdə buğda bir qədər bahalaşır. Təbii olaraq, bu, Azərbaycanda hiss oluna bilər. Amma hökumət də zəruri tədbirlər görür. Həm buğda idxalçıları, həm çörək bişirən sahibkarlar, həm də ticarət şəbəkələrinin nümayəndələri ilə görüşlər keçirilir. Həmçinin hesablamalar aparılır. Bu gün sahibkarlar tərəfindən çörəyin qiymətində müəyyən edilmiş dəyişiklik gözlənilmir. Lazım olan hallarda əlavə tədbirlər görüləcək ki, bu qiymətlər alıcılara təsir göstərməsin”.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

18.02.2019 11:42

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ