Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

“SOCAR”ın hədiyyə kartlarının satışına başlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“SOCAR”ın hədiyyə kartlarının satışına başlanıb

“SOCAR Petroleum” QSC yeni plastik hədiyyə kartlarının satışına başlayıb.

 

Reklam_3_11

Bu barədə şirkətdən bildirilib.

 

“SOCAR Petroleum” informasiya və kommunikasiya texnologiyalarındakı inkişafı davam etməkdədir. Müasir metodlardan istifadə edən və innovativ təşəbbüslərlə çıxış edən “SOCAR Petroleum” “Mi fare” texnologiyalı (kontaktsız, yəni POS-terminalsız kart satışının həyata keçirilməsi) xidmətini istifadəyə verdikdən sonra daha bir yeniliyə imza atıb. Belə ki, “SOCAR Petroleum” hədiyyə kartlarının satışına başlayıb və müxtəlif yanacaq növlərini əldə etmək üçün bu hədiyyə kartlarının üstünlüklərindən faydalanmağı təklif edir. “SOCAR Petroleum”QSC-nin hədiyyə kartları əvvəlcədən ödənişlidir və yanacaq hədiyyə etmək imkanı yaradır”, - deyə məlumatda qeyd edilib.

 

Bildirilib ki, alıcıların rahatlığı üçün hədiyyə kartları 100, 200, 300, 500 və 1 000 nominalda satışa təklif edilir.

 

Hədiyyə kartları adsız sertifikatlıdır və kartı təqdim edən şəxs onun vasitəsilə “SOCAR” yanacaqdoldurma məntəqələrində nominala uyğun məbləğdə istənilən növ yanacaq əldə etmək imkanına sahib olur. Hədiyyə kartlarının balansını e-manat ödəmə terminallarında artıraraq istifadəsini davam etdirmək mümkündür.

 

Hədiyyə kartlarına sahib olmaq üçün müştərilər “SOCAR” yanacaqdoldurma məntəqələrinə və ya “SOCAR Petroleum” QSC-nin ofisinə müraciət edə bilərlər. 

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

18.02.2019 15:11

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ