Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Azərbaycanın Cənubi Afrikadan alacağı “Dorper” qoyunlarının XÜSUSİYYƏTLƏRİ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın Cənubi Afrikadan alacağı “Dorper” qoyunlarının XÜSUSİYYƏTLƏRİ

Azərbaycan yaxın perspektivdə Cənubi Afrika Respublikasından qoyun alacaq.

 

Cənubi Afrika Respublikasında səfərdə olan Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları bu uzaq ölkədə heyvandarlıq, xüsusilə qoyunçuluq sahəsi üzrə təcrübələri öyrənəcək. Bu ölkədə “Dorper” cinsli qoyunların yetişdirilməsi və Azərbaycana idxalı ilə bağlı məsələləri də müzakirə edəcəklər.

 

Bizim üçün yeni olan bu cinsin xüsusiyyətləri nələrdir? 

 

Kənd təsərrüfatı üzrə ekspüert Nicat Nəsirli deyir ki, bu cins “Dorsethorn” və “Persianblackhead” cinslərinin mələzidir. Ötən əsrin 50-ci illərindən Cənubi Afrika Respublikasında təsərrüfatlara daxil edilib. Ortaboyludur, möhkəm bədən əzələlərinə malikdir, ildə bircə dəfə qırxıma verilir. 

 

“Xarici əlamətləri maraqlıdır: baş hissə qara, bədən hissə isə ağ rəngdədir. Qısa yunludur, ildə iki bala əldə etmək olur. Doğulanda 1.5-2 kq olan quzuları sürətlə çəki yığaraq 12 aylığında 90 kiloqrama çatır, sonrakı dövrlərdə çəkisi 130 kq-a qədər artır. Əti yağsız və ləzzətli olduğu üçün bu cinsə böyük təlabat var. Heyvandarlar deyirlər ki, qulluq xərclərinin az olması, iqlim amillərinə tez adaptasiya olması baxımından əlverişlidir. 

 

Üstəgəl, parazitar xəstəliklərə qarşı dözümlü, istənilən otlaq şəraitən uyğunlaşır, sərt iqlim şəraitində belə “kefini pozmur”. Dünyanın əksər ölkələrində əhalinin ətə olan təlabatının təmin edilməsi üçün baş sayı artırılır. Baş sayına görə ən çox CAR-dadır, 7 milyon baş dorper cinsli qoyun saxlanır. Proqnozlara görə, yaxın illərdə ətlik məqsədi ilə digər ölkələrdə də yayılacaq.


Yüksək iqtisadi göstəricilərinə görə, yalnız Romanov cinsindən geri qalır”.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Modern

19.02.2019 06:36

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ