Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

“Qala Sığorta” nüfuzlu biznes mükafatına layiq görülüb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Qala Sığorta” nüfuzlu biznes mükafatına layiq görülüb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan sığorta bazarında daim öz yenilikləri və yüksək inkişaf dinamikası ilə seçilən “Qala Sığorta” ASC “İlin Sığorta Şirkəti” nominasiyası üzrə ölkənin ən nüfuzlu biznes mükafatı sayılan “Uğur 2018” Milli Mükafatına layiq görülüb. 

 

Reklam_3_11

Təqdimat mərasimdə çıxış edən “Qala Sığorta” şirkətinin İdarə Heyətinin sədri Fuad Allahverdiyev “Qala Sığorta” və “Qala Həyat Sığorta” şirkəti adından təşkilatçılara öz minnətdarlığını bildirib.

 

F.Allahverdiyev qeyd edib ki, belə bir mükafata layiq olmaq şirkətin fəaliyyət göstərdiyi sahədə əməkdaşların göstərdiyi peşəkar səylərin və onların əldə etdiyi nailiyyətlərin nəticəsidir:

“Qazandığımız uğurlar və ölkənin ən nüfuzlu biznes mükafatını almaq öz növbəsində “Qala Sığorta” olaraq üzərimizdə daha böyük məsuliyyət yaradır. Əminəm ki, “Qala Sığorta” komandası belə bir məsuliyyəti dərindən dərk edərək bu gözləntiləri doğruldaraq növbəti uğurlara imza atacaq: - deyə F.Allahverdiyev vurğulayıb.    

 

Qeyd edək ki, Azərbaycan sığorta bazarında geniş çeşidli məhsulları və çevik inkişafı ilə seçilən “Qala Sığorta” şirkəti 20 illik fəaliyyət tarixinə malikdir. Şirkət rebrendiq edərək 2015-ci ildən “Qala Sığorta” brendi altında yeni strategiya ilə fəaliyyətə başlayıb.

 

Xatırladaq ki, ölkənin işgüzar dairələrində ən nüfuzlu mükafat sayılan “Uğur” Milli Mükafatı 2000-ci ildə işgüzar nəşr olan “Consulting&Business” jurnalı tərəfindən təsis edilib. Mükafat fəaliyyət sahəsi üzrə əhəmiyyətli nailiyyətlər əldə etmiş və Azərbaycanın inkişafında töhfə vermiş qurumlara, təşkilatlara, şirkətlərə verilir.

19.02.2019 06:47

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ