"Avro/dollar məzənnəsində 3 aylıq hədəfimiz 1.12 dollardır"
Hollandiyanın maliyyə xidmətləri şirkəti "Rabobank"ın Foreks (FX) mütəxəssisi Jane Foley Avro/Dollar cütlüyü üzrə proqnozunu açıqlayıb.
"Marja" xəbər verir ki, Yanvar ayında Avro Bölgəsində pis məlumatların açıqlandığını və Avronun da Yanvardan bəri zəiflədiyini qeyd edən Foley Avropadakı siyasi və iqtisadi risklərə diqqət çəkərək, "Mən Avronun bir qədər də zəifləyəcəyini gözləyirəm. Avropada parlament seçkiləri var. Daha popülist siyasətçilərin seçildiyini görə bilərik. Fransa və İtaliyada siyasi gərginliklər var, Almaniya iqtisadiyyatında problemlər var. ABŞ tərəfindən Avropaya yeni vergi tarifləri tətbiq olunsa daha da çox mənfi təsir ola bilər",- deyib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Avro/dollarda 3 aylıq hədəflərinin 1.12 olduğunu dilə gətirən Foley, "ABŞ-ın gələn il durğunluğa girə biləcəyi riski var. 2020-də Fed faiz endirsə bu Dolların etibarlı alət statusunu itirməsinə səbəb olar. Qarşıdakı 3 ayda hədəfimiz 1.12 və siyasi risklərə baxmayaraq Avronun daha çox pisləşməsi də çox ola biləcək görünmür",- bildirib.
Avro/dollar məzənnəsi bu gün də 0.2% enişlə 1.12 səviyyələrindən əməliyyat olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 31 d. əvvəl
-
1 saat əvvəl
"Yeni iqtisadi uğurlara nail olacağımıza inanırıq" - Məmməd Musayevin çıxışı
- 1 saat əvvəl
-
2 saat əvvəl
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl