Dünya liderlərindən biri Bakıda ofis açıb
Turizm və hava yolları üzrə satış və marketinq sahəsində dünya liderlərindən hesab edirlən "Aviareps" şirkəti beynəlxalq bazarda fəaliyyətini genişləndirərək Bakıda da ofis açıb.
Yeni ofis Azərbaycan və Gürcüstan bazarı üçün Baş Satış Agentliyi, marketinq, PR, hava yolları, səfərlər, turizm xidmətlərinə dair təşviqat işləri və digər istiqamətlər üzrə fəaliyyət həyata keçirəcək.
Qeyd edək ki, bu, şirkətin 46 ölkə üzrə sayca 61-ci ofisi olub.
"Azərbaycanın son zamanlar nəzərə çarpacaq dərəcədə inkişaf etməsi, MDB ölkələri sırasında 4-cü iri iqtisadiyyat olması və hava yolları, turizm sahəsində yaratdığı çoxsaylı imkanlar, inkişaf etməkdə olan bazarı ilə daha çox diqqət çəkməsi şirkəti Bakıda ofis açmağa sövq edib", - deyən "Aviareps"in baş icraçı direktoru Edqar Laker bildirib ki, dinamik inkişaf etməkdə olan Azərbaycan uzun müddətdir beynəlxalq müştərilərin diqqətindədir.
"Aviareps"in Bakı ofisi Baş Satış Agentliyi kimi artıq "Singapore Airlines" ("Sinqapur Hava Yolları", aprel ayından başlayaraq) və "AVİS Rent a Car" (avtomobil kirayəsi) şirkəti üçün işləməyə başlayıb.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 saat əvvəl
-
8 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 8 saat əvvəl
-
9 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
9 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
9 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
10 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 10 saat əvvəl