Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

"8 bal gücündə zəlzələ olacaq" iddiasına münasibət!

iç səhifə xəbər başlığı altı (mobil)_31
"8 bal gücündə zəlzələ olacaq" iddiasına münasibət!

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli guya 21 fevralda Yer kürəsində 8 bal gücündə zəlzələ olacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

 

Reklam_3_11

Q.Yetirmişli açıqlamasında deyib ki, Azərbaycanda heç bir dağıdıcı zəlzələlərin baş verəcəyi ehtimal olunmur: “Dünyada hər gün müxtəlif bal gücündə zəlzələlər olur. Ümumiyyətlə, il ərzində Yer kürəsində 100 min zəlzələ hadisəsi qeydə alınır. Bunların arasında dağıdıcı zəlzələlər də baş verir. Qeydə alınan zəlzələlərin əksəriyyəti 5,5-8 bal arasında özünü göstərir. Hətta yaxın keçmişə nəzər yetirsəniz, dünyanın bir çox ölkələrinin zəlzələdən əziyyət çəkdiyini görəcəksiniz”.

 

Baş direktorun sözlərinə görə, Azərbaycanın seysmik zonalarında davam edən afterşokların azaldığı müşahidə olunur: “Fevralın 5-dən bu günə qədər, təxminən, 600-dən çox afterşoklar qeydə alınıb. Zəlzələdən sonra afterşokların davam etməsi normaldır. Tədricən sona çatacaq. Çünki yerin altında enerji boşalması gedib. Əvvəllər gün ərzində 20-30 afterşok qeydə alınırdısa, artıq afterşokların günlük sayı 5-6-ya düşüb”.

 

O əlavə edib ki, dağıdıcı zəlzələlər hər zaman ola bilər: “Amma yaxın zamanda Azərbaycanda heç bir dağıdıcı zəlzələlərin baş verəcəyi ehtimal olunmur”.

 

Qeyd edək ki, zəlzələ mütəxəssisi Frank Hooqerbets 21 fevralda 7 və 8 bal gücündə zəlzələlərin proqnozlaşdırıldığını iddia edib.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

20.02.2019 11:15

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ