“Qala Həyat” şirkəti “Uğur Milli Mükafatı”na layiq görüldü
(®) Həyat sığortası bazarının aparıcı şirkətlərindən olan “Qala Həyat” yüksək keyfiyyətli xidmətləri ilə müştəri məmnuniyyətini qazanmış maliyyə qurumu olaraq ölkədə sığorta bazarının inkişafına da öz töhfəsini verməklə fəaliyyətini uğurla davam etdirir.
Bu fəaliyyətin nəticəsi olaraq, şirkətə “Sığortaçılığın inkişafına verdiyi töhfəyə görə” nominasiyası üzrə ölkənin ən nüfuzlu biznes mükafatı sayılan “Uğur 2018” Milli Mükafatı təqdim edilib.
Təqdimat mərasimdə “Qala Həyat Sığorta Şirkəti” ASC-nin satış departamentinin müdiri Amil Cəlilov çıxış edərək şirkət adından təşkilatçılara öz minnətdarlığını bildirib: “Hamıya məlumdur ki, 10 ilə yaxın fəaliyyət tarixinə malik olan “Qala Həyat” Azərbaycan sığorta bazarında dayanıqlı mövqe tutan və fəaliyyəti ərzində müştərilərin inamını doğruldan şirkətə çevrilib. Şirkətimiz Azərbaycan sığortaçıları arasında yüksək imiclə yanaşı, göstədiyi yüksək xidmətlərinə görə müştərilərin məmnuniyyətini qazanmış şirkət kimi tanınır. Məhz bu xidmətlərimizə görə “Qala Həyat”a verilən dəyərə görə bütün təşkilatçılara təşəkkür edirəm.
Qeyd edək ki, Azərbaycanda ilk müddətsiz lisenziya alan “Qala Həyat” 2010-cu ildən fəaliyyətə başlayıb. Şirkət müştərilərə qanunvericiliklə nəzərdə tutulmuş həyat sığortasının bütün növlərini təklif edir
Xatırladaq ki, “Uğur” Milli Mükafatı 2000-ci ildə işgüzar nəşr olan “Consulting&Business” jurnalı tərəfindən təsis edilib. Mükafat fəaliyyət sahəsi üzrə əhəmiyyətli nailiyyətlər əldə etmiş və Azərbaycanın inkişafına töhfə vermiş qurumlara, təşkilatlara, şirkətlərə verilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
42 d. əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 58 d. əvvəl
-
1 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
1 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
1 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
2 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 2 saat əvvəl
- 2 saat əvvəl